|
N.QASIMOĞLU VAŞİNQTONDAKI MİLLİ KİLSƏDƏ DİNİ
ELM İCMASI ÜZVLƏRİ İLƏ GÖRÜŞÜB
|
Vaşinqtonun
mərkəzində yerləşən Milli Kilsənin salonlarından birində Din və
Demokratiya Mərkəzinin sədri Nəriman Qasımoğlu ilə görüş keçirilib.
"Komyuniti on dze hill" adlanan dini icma ABŞ-da çox
geniş şəbəkəsi olan Dini Elm cərəyanının yüzlərlə icmasından biridir.
DDM sədri «İslam-xristian anlaşması» mövzusunda məruzə edib. İslam
dininin fəlsəfəsindən,
Quran məntiqindən danışan ilahiyyatçı alim Quran-İncil əlaqələrinə,
Müqəddəs Kitablar arasında ilahi varislik məsələlərinə geniş yer
ayırıb. İslamın sülh, tolerantlıq dini olduğunu vurğulayan N.Qasımoğlu
öz çıxışını təktanrılığa səsləyən dua ilə bitirib. Çox maraqla
izlənilən və səmimi şəkildə keçirilən görüşdə DDM sədrinin çıxışı
alqışlarla qarşılanıb. |
|
|
Sayt
Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.
|
OXUMALI |
"Mədəniyyətlər
arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini
itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir" >>>
"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar
su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!" >>>
|
|
|
|