|   RU  |  EN  |.....


84 İNŞIQAQ SURƏSİ

Rəhman və Rəhim Allahın adıyla

1. Elə ki, yarıldı göy,

2. Rəbbinin əmrini haqq olaraq eşidib yerinə yetirdi göy,

3. elə ki, dümdüz olub yayıldı yer,

4. içindəkiləri ataraq boşaldı,

5. Rəbbinin əmrini haqq olaraq eşidib yerinə yetirdi yer ...

6. Ey insan! Rəbbinin görüşünə yetənə qədər çalışıb əlləşirsən və axır öz əməlin çıxır qarşına.

7. Əməl dəftəri sağ yöndən verilən kəs

8. yüngül keçən haqq-hesaba çəkilər

9. və sevincək qayıdar öz əhlinin yanına.

10. Əməl dəftəri arxasından verilən kəs

11. «Məhv oldum» deyə bağırar

12. və alovlu cəhənnəmə vasil olar.

13. Dünyadasa öz əhlinin içində şad və xürrəm idi o.

14. Güman eləyirdi Rəbbinin dərgahına qayıtmayacaq.

15. Onun işləklərini görürdü Rəbbi.

16. And olsun ala-toranlığa,

17. and olsun gecəyə və gecənin öz başına yığdıqlarına,

18. and olsun bədirlənmiş aya,

19. sizlər haldan hala düşəcəksiniz (ölüb diriləcəksiniz).

20. Onlara nə olmuş, axı niyə gəlməyirlər imana?

21. Onlara Qur'an oxunan zaman niyə səcdə eləmirlər Allaha?

22. Bu da azmış kimi hələ bir danır da onu küfr eləyənlər.

23. Onların işləklərini bilir Allah.

24. Ağrılı bir əzabın müjdəsini onlara ver,

25. iman gətirənlərə, əməli salehlərə yox! Əyərsiz-əskiksiz bir əcir gözləyir bunları.

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.