Rəhman
və Rəhim Allahın adıyla
1. İnsanın [Adəmin] başı
üstündən elə bir dövr keçmiş ki, o zaman heç yada düşən deyildi.
2. Qarışıq nutfədən yaratmışıq
insanı. Və imtahana çəkmək üçün eşidən qulaqlar, görən gözlər
vermişik ona.
3. Bizə şükr eləyəndə
də, naşükürlük eləyəndə də doğru yolu göstərmişik insana.
4. Zəncirləri, dəmir
boyunduruqları, cəhənnəm alovunu, şübhəsiz, kafirlər üçün hazırlamışıq.
5. Kəfur tamlı içkiylə
dolu camlardan içər yaxşılar.
6. Bu bir bulaqdır, içər
cənnətdə ondan Allahın bəndələri. İstədikləri yerə axıdarlar bu
bulağı.
7. Dedikləri nəzirləri
yetirər yerinə və şəri bütün məhşərə yayılacaq gündən qorxar onlar.
8. Öz yeməklərini yoxsula,
yetimə və əsirə verər onlar.
9. «Allahın savabını
qazanaq deyə sizi yedizdiririk. Sizdən buna bir əvəz, yaxud bir
təşəkkür gözləmirik.
10. Yzlərdən qaş-qabaq
töküləcək gündən qorxarıq, Rəbbinizdən qorxarıq».
11. Və o günün şərindən
qorumuş onları, üzlərinə nur və sevinc çökdürmüş Allah.
12. Göstərdiyi səbrə
mükafat olaraq girəcəkləri cənnət, geyəcəkləri ipək paltarlar
gözləyir onları.
13. Taxtlara söykənərlər
orada, nə bürkü, nə şaxta görərlər orada.
14. Cənnət ağaclarının
kölgələri düşər üstlərinə, meyvələri bir əl uzadımında olar.
15. Gümüş qablarla, büllür
camlarla dolanarlar ətraflarına.
16. Gümüş kimi parlaqdır
büllur camlar, içənlərçün hesablanmış bir ölçüdə düzəldilmiş bu
camlar.
17. Zəncəfil tamlı içkiylə
dolu camlardan içərlər.
18. Bu bir bulaqdır,
«Səlsəbil»dir adı.
19. Əbədilik cavan qalan
oğlanlar dolanırlar ətraflarına. Baxanda sanırsan ətrafa səpələnmiş
incilərdir bu oğlanlar.
20. Gözlərini sən haraya
zilləsən, ne'mət görərsən, böyük bir səltənət görərsən orada.
21. Yaşıl, nazik ipəkdəndir
paltarları. Gümüş bilərziklərlə bəzənmişlər. Rəbləri onlara tərtəmiz
içkilər içirir.
22. «Gördüyünüz işlərə
əvəz olaraq verilmiş bunlar sizə. Sə'ylərinizin qədri belə bilinmiş».
23. Qur'anı sənə göndərən,
şübhəsiz, Bizik.
24. Rəbbin Öz hökmünü
verənədək səbr elə. Onlardan suç yiyəsi, küfr yiyəsi olan bir
kimsənin sözünə baxmayasan.
25. Səhər-axşam an Rəbbinin
adını.
26. Gecələr də səcdədə
ol, öy Allahı bol-boluna.
27. Ötəri dünyadır insanların
sevdiyi, o ağır yüklü günlə isə yox işləri onların.
28. Onları yaradan da,
qollarına güc verən də Bizik. İstərsək də onları aradan götürərik,
yerlərinə onların oxşarı olan başqalarını gətirərik.
29. Bu deyilənlər yalnız
bir öyüddür, o kimsədən ötrüdür ki, Rəbbinə doğru bir yol tutub
getmək istər.
30. Allah bir şeyi istəməyincə,
siz də istəməzsiniz. Hər şeyi biləndir, müdrikdir Allah.
31. İstədiyi kimsəni
rəhmətinin yazısına salar O. Ağrılı bir əzab hazırlamış zalımlara.
|