|   RU  |  EN  |.....


82 İNFITAR SURƏSİ

Rəhman və Rəhim Allahın adıyla

1. Elə ki, yarıldı göy,

2. elə ki, töküldü ulduzlar,

3. elə ki, aşdı-daşdı dənizlər,

4. elə ki, üzə çıxdı qəbirdəkilər,

5. nəyi elədiyini, nəyi eləmədiyini bilər hər kəs.

6. Ey insan, səxavətli Rəbbinə qarşı çıxmağa səni vadar eləyən nədir?

7. Səni öncə xəlq eləmiş, sonra düzəldərək mütənasib biçim vermiş hər yerinə,

8. istədiyi görkəmdə səni yaradıb qurmuş.

9. Dediyiniz düz deyil. Siz dini danırsınız.

10. Sizin üstünüzdə gözətçilər var.

11. Nəcib mələklərdir, hər şeyi yazar onlar.

12. Tutduğunuz hər işi bilər onlar.

13. Şübhəsiz, naz-ne'mət içindədir düz əməlli kimsələr.

14. Şübhəsiz, cəhənnəm odunun içindədir pis əməlli kimsələr.

15. Girərlər oraya haqq-hesab günü.

16. Nə biləsən haqq-hesab günü nədir?

17. Girdilərmi çıxmazlar bir daha od içindən.

18. Nə biləsən haqq-hesab günü nədir?

19. Axı nə biləsən haqq-hesab günü nədir?

20. Kimsənin kimsəyə yardımı dəyməz o gün. Əmr Allahındır o gün.

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.