Rəhman
və Rəhim Allahın adıyla
1. Yazıqlar olsun hər
cür tə'nəbaza, rişxəndbaza,
2. o kəsə ki, var yığar,
yığdığını dönə-dönə sanayar.
3. Sanar ki, varı ona
əbədiyyət var eləyər.
4. Xeyr, hutəməyə [dağıdıb
uçuran bir şeyin içinə] atacaqlar mütləq onu axırı.
5. Nə biləsən nədir hutəmə.
6. Allahın yanar odudur.
7. Hazırdır ürəkləri
bürüyə,
8. hamının başı üstə
bir qübbəyə çevrilə
9. yüksələrək sütun-sütun
yuxarı.
|