Rəhman
və Rəhim Allahın adıyla
1. Ey iman gətirənlər!
Nəbadə qabaqlayasız Allahı və Rəsulunu. Qorxun
Allahdan. Allah eşidəndir hər şeyi, biləndir hər işi.
2. Ey iman gətirənlər!
Peyğəmbər danışan zaman səsinizi ucaltmayın. Onu bir-
birinizi çağırdığınız kimi çağırmayın. Yoxsa özünüz də duymadan
zay olub
gedər yaxşı-yaxşı işləriniz.
3. Allahın Rəsulunun
yanında səslərini qısanların ürəyini taqva duyğusuyla
sınağa çəkər Allah. Məğfirət gözləyir, böyük bir əcir gözləyir
onları.
4. Hücrələrin arxasından
səni çağıranların çoxu ağılsız kimsələrdir.
5. Sən onların yanına
çıxıncayadək səbr eləsəydilər, daha yaxşı olardı onlar
üçün. Bağışlayandır, Rəhimdir Allah.
6. Ey iman gətirənlər!
Sizə bir xəbər gətirsə yolsuzun biri, öncə aydınlaşdırın
bu xəbərin doğruluğunu. Yoxsa cahillik üzündən başqalarının başına
iş açarsız,
elədiyinizə peşman olarsız.
7. Bilin, aranızda Allahın
Rəsulu var. Bir çox işlərdə sizin dediyinizi eləsəydi
o, pis günə qalardınız. Ancaq Allah sizə imanı sevdirmiş, onu
ürəyinizə yatımlı
eləmiş. Küfrü, yolsuzluğu, asiliyisə nifrətamiz eləmiş ürəyinizə.
Dinlərində
möhkəm olan kimsələrdir belələri
8. lütfü və ne'məti sayəsində
Allahın. Tanıyandır hamını, müdrikdir Allah.
9. Mö'minlərdən ibarət
iki tayfa bir-biriylə savaşsa, düzəldin onların aralarını.
Əgər biri digərinə təcavüz eləyirsə, təcavüzkar tərəflə savaşın
ta Allahın əmrinə
tabe ola bu tayfa. Tabe olarsa ədalət gözləyib düzəldin aralarını,
insaflı olun.
Şübhəsiz, insaflıları sevər Allah.
10. Mö'minlər bir-birinə
qardaşdırlar. Elə isə düzəldin qardaşlarınızın arasını. Və
Allahdan qorxun ki, bəlkə sizə rəhm edilə.
11. Ey iman gətirənlər!
Bir tayfa digərinə qoymayın lağ eləyə. Olsun ki, bu
digəri ondan daha üstündür. Qadınları da qoymayın başqa qadınları
lağa qoyalar.
Olsun ki, bu başqaları onlardan üstündürlər. Bir-birinizin eyiblərini
axtarmayın.
Bir-birinizə ayamalar qoşmayın. İman gətirəndən sonra yolundan
çıxan kəsə
verilən fəsiq adı çox pis addır. Zalım olan kimsələrdir tövbə
eləməyənlər.
12. Ey iman götirənlər!
Adamlar barəsində müxtəlif gümanlarda olmaqdan
çəkinin. Günah gətirər bəzi gümanlar. Bir-birinizin günahlarını
axtarmayın,
eyiblərinizi bir-birinizin üzünə vurmayın. Hansı biriniz ölmüş
qardaşının ətini
yeməkdən zövq alar axı? Əlbəttə, heç biriniz. Bundan diksinirsiniz.
Qorxun
Allahdan. Tövbələri qəbul eləyəndir, Rəhimdir Allah.
13. Ey insanlar! Biz
sizləri bir kişidən, bir qadından yaratmışıq. Sizləri xalqlar
və qəbilələr eləmişik ki, bir-birinizi yaxından tanıyasınız. Şübhəsiz,
Allahın
dərgahında sizlərdən ən möhtərəm olanı Allahdan qorxusu daha çox
olan kəsdir.
Hər işi biləndir, hər şeydən xəbərdardır Allah.
14. «İman gətirdik» dedi
bədəvilər. De ki, «İman gətirməyibsiz. Ona təslim
olmuşuq» deyin. Hələ ürəyinizə iman girməmiş. Allaha və Rəsuluna
itaət
eləsəniz, işlərinizin savabından heç nəyi azaltmaz Allah. Günahlardan
keçəndir,
Rəhimdir Allah.
15. «Mö'minlər o kəslərdir
ki, Allaha və Rəsuluna iman gətirmişlər, sonra da
bir şübhəyə dalmamışlar, Allah yolunda mallarıyla, canlarıyla
cihad eləmişlər.
Doğru sözlü, düz əməlli kimsələrdir onlar».
16. De ki, «Allahamı
bildirmək istəyirsiz dininizi, imanınızı? Allah bilir axı
göylərdə nə varsa, yerdə nə varsa. Hər şeyi biləndir Allah».
17. Müsəlman olmuşlar
deyə istəyirlər sənə minnət qoyalar. De ki, «Müsəlman
olmağınızla mənə minnət qoymayın. İmana gətirməklə sizi Allah
Özü minnət
qoymuş üstünüzə. Doğru sözlü, düz əməlli kimsələrsinizsə, bunu
mütləq
bilməlisiz».
18. Şübhəsiz, göylərin,
yerin görülməzini bilir Allah. İşləklərinizi görür Allah.
|