"Və
bilin ki, çox bağışlayıcı, çox həlimdir Allah» (Baqara, 235).
Quranda
Allahı ən yüksək dərəcədə sevmək (Baqara, 165), Onun xoşnudluğuna
nail olmaq və Ondan xoşnud olmaq (Məidə, 119) təməl əxlaqi dəyər
olaraq göstərilir.
Allahı sevmək həm də Onun əxlaqı ilə əxlaqlanmaq, boyası ilə boyanmaq,
ən gözəl (əsmai-hüsna) adlarındakı keyfiyyətlərə nail olmağa çalışmaqdır.
İslam dininin tövsiyə etdiyi bu əxlaq ayrı-ayrı zamanlarda peyda
olan və sürətlə populyarlaşan, daha çox fərdi mənafeləri düşünən,
cəngəllik qanunlarını xatırladan «insan insanın canavarıdır» fəlsəfəsinə
qarşı qoyulmuşdu. Cahiliyyə əxlaqı Quranda dəfələrlə hədəfə alınır.
«Əslində insanların çoxu çıxmış yolundan. Yoxsa cahiliyyə çağının
hökmünü istəyirlər? Allahdan daha gözəl kim hökm verə bilər etiqadlı
bir qövm üçün?» (Məidə, 49 - 51).
Cahiliyyə əxlaqı nə idi?
Bu dönəmin İsa peyğəmbərlə Məhəmməd peyğəmbər arasındakı bir dövr
olduğu fikri var. Eyni zamanda, cahiliyyənin keçmişdə də, gələcəkdə
də mövcud olan əxlaq tipi olması fikri də geniş yayılıb. Ümumiyyətlə,
“cəhl” sözü sözü Quranda «elm»in korrelyatı kimi işlənsə də, bəzən
«helm»in qarşılığı mənasında da rastlanır: «Küfr edənlər qəlblərində
o təəssübü - cahiliyyə çılğınlığını qaynatdığı zaman Allah peyğəmbərinin
və möminlərin ürəyinə arxayınlıq saldı» (Fəth, 26).
Burada elmsizliyin özü yox, ondan doğan barbarlıq, təkəbbürlülülk
nəzərdə tutulur. İslama qədərki dövrün kumiri, qəhrəman etalonu
haqqında məşhur cahiliyyə şairi Züheyrinin bir şerində oxuyuruq:
«O bir aslandır, pürsilah (silahlanmış), dırnaqları kəsilməmiş.
İgiddir, zülmə uğrayanda əlüstü zalıma qarşılıq verər, zülmə uğramazsa,
özü zülmə başlar. Öz elini silahıyla qorumayan kişi zillətə düşər.
Və insanlara zülm etməyənin özü zülmə məruz qalar».
Göründüyü kimi, burada
ədalət, mənəviyyat prinsipləri yox, başqalarına qalib gəlməyi
ideal olaraq götürən, sərhədləri fərd və qəbilənin mənafeyi hüdudlarından
kənara çıxmayan bir əxlaq tərənnüm olunur. İslam bu əxlaqa qarşı
insana münasibətdə helm, şəfqət, məhəbbət dolu bir əxlaq qoydu.
Dinimizdə Allahın sahib olduğu və insanlara da tövsiyə olunan
keyfiyyətlərdən biri də helm – həlimlikdir. Bu, əxz edlməsi o
qədər də asan olmayan mənəvi keyfiyyətdir. Çünki çətin vəziyyətlərdə
insanların dözüm səviyyəsi eyni deyil. Bəzi insanlar hətta ən
bəsit situasiyalarda həyəcanlanır, çılğınlıq nümayiş etdirir.
Tövsiyə olunan isə ağılla, yumşaqlıqla ùÿrÿkət etmək, şidäətli
hadisələrin qarşısında sarsılmamaq, təmkinini mühafizə edə bilməkdir.
Kamil insan belə olmalıdır. Tam yetişmiş şəxsiyət sahibi olanlar,
adətən, könül genişliyinə sahib olur, insanların yanlışlarında
üzrünü məqbul saya bilir, xətalarını görməməyə çalışır. Birisi
onu narahat edəndə isə öz səviyyəsinə baxıb ona qoşulmur. Hər
işi ağıl və ağırtaxtalılıqla yola verməyə çalışır. Bu, Allah qatında
bəyənilən keyfiyyət olub helm adlanır.
Təfsir kitablarında əsmai-hüsnadan
olan «həlim»in «çox səbrli, günahkarları cəzalandırmaqda tələsməyən»
anlamı var. Və ya «qulların üsyanından təsirlənməyən, günahkarlara
qəzəb etməsi özünü təlaşa salmayan, hər şeyi olması lazım gələn
ölçüdə edən» kimi də izah olunur.
Allah taalanın həlimlik
sifəti ilə bağlı ayələrə baxaq. Araşdırdığımız on bir ayədən altısında
«həlim» sözü qafur (bütün günahları bağışlayan), üçündə alim (çox
yaxşı bilən), birində qəni (hər şeydən müstəğni), birində isə
şəkur (az miqdarda yaxşı hərəkətə çox mükafat verən) adları ilə
birgə işlənir. Bunların bəzilərini nəzərdən keçirək. «Allah sizi
çərənləyərək içdiyiniz andlara görə töhmətləndirməz, ürəyinizdən
gələn andlara görə töhmətləndirər. Şübhəsiz, bağışlayandır, həlimdir
Allah» (Baqara, 225); «Belə qadınlara evlənmək
təklifini eləyəndə, yaxud bu istəyi ürəyinizdə saxlayanda günaha
batmazsınız. Allah bilir, anajaqsız onları. Qanuni işdən savayı
nəyinsə barəsində onlarla gizlijə vədələşməyin. Müddət bitməyinjə
kəbin kəsdirmək fikrinə düşməyin. Bilin, ürəyinizdən keçəni bilir
Allah, çəkinin Ondan. Və bilin ki, çox bağışlayıjı, çox həlimdir
Allah» (Baqara, 235); «Gözəl bir söz söyləmək,
əfv eləmək əziyyət gətirən sədəqədən yaxşıdır. Varlıdır, həlimdir
Allah» (Baqara, 263); «İki dəstə üz-üzə gələn
gün geri durdu bir qisminiz. Bə'zi işləklərinə görə onları yolundan
çıxarmaq istəmişdi şeytan. Onları əfv etdi Allah. Şübhəsiz, bağışlayandır,
həlimdir Allah» (Ali İmran, 155); «Öyər Onu yeddi
göy, yer və bunlarda olanlar. Bir məxluq olmaz ki, Onu öyməyə.
Amma siz anlamazsız onların öyümünü. Şübhəsiz, çox həlimdir, günahlardan
keçəndir O» (İsra, 44); «Zövcələrindən kiminin
növbəsini istəsən tə'xirə sal, kimini də istəsən yanına al. Kənar
olduğun zövcələrindən də istədiyini yenə çağırsan yanına batmazsan
bir günaha. Onlara gözaydınlığı üçün belə etsən daha yaxşı. Gərək
heç üzülməyələr, hər birinə verdiyindən razı qalalar. Ürəyinizdə
nə varsa bilər Allah. Hər şeyi biləndir, həlimdir Allah» (Əhzəb,
51); “Allahdır göylərlə yeri məhv olmaqdan saxlayan.
Yoxluğa üz tutdumu göylərlə yer, Allahdan başqa heç kəs bunları
tutub saxlaya bilməz. Həlimdir, günahlardan keçəndir O» (Fatır,
41).
Bəllidir ki, Allah taala
yolunu azmış qövmlərə peyğəmbər göndərək xatırlatmalar edib. Bu
görüşdə mütləq iki tərəf olur: həqiqəti görmək istəməyən qövm
və Allahın elçisi. Qarşılaşan tərəflərin danışıqlarını, davranışlarını
müqayisə edəndə hər zaman peyğəmbərlərin müvafiq qövmlərə – Allahı
unutmuşlara, yolunu azmışlara həlimliklə müraciət etdiyini görürük.
Baxmayaraq ki, bu qövmlər Allah əmrinə tabe olmaqdan imtina edir,
özünə və başqalarına zülm edirlər. Quranın müşriklərə olan tənqidinin
predmetini onların cəhli təşkil edir. Bu cəhl isə o idi ki, onlar
sadəcə ağılları çatmadığı üçün inkar etmirdilər, qürur, təkəbbür,
inadkarlıq kimi yaramaz keyfiyyətləri üzündən peyğəmbərlərin gətirdiyi
qardaşlıq, bərabərlik, mərhəmət, səbr, sülh şərtləri içində yaşama
şərtlərinə müqavimət göstərirdilər. Peyğəmbərlər, sadəcə, xəbərdarlıq
edirdilər. Çünki Qurandakılar, Allahın vəhyləri etik-əxlaqi imperativ
deyil, «insanlar üçün açıqlama, inananlar üçün öyüd və hidayətdir»».
Dində məcburiyyət yoxdur. Və bir də ona görə ki, peyğəmbər Allah
elçisidir və o, Allah taalanın ən gözəl adlarından olan Həlim
sifəti ilə sifətlənmiş olmalıdır. Çünki o, Allahı təmsil edir.
Allah isə həlimləri sevir. Bundan başqa, Müqəddəs Kitabımızda
peyğəmbərlərin aləmlərə rəhmət olaraq göndərildiyi deyilir. Emosiyaların
əsiri olan, qəzəblənən, coşan, özündən çıxan, təhdid edən rəhmət
ola bilməz.
Məsələn, Quranda Allah
taalanın peyğəmbəri Hudu öz qövmünü tövhidə dəvət etməyə göndərdiyi
deyilir. Ad qövmünün adamları özlərini çox güclü sayırdılar: «Ad
qövmünə gəlincə, yer üzündə haqsız yerə təkəbbürlük etmişdilər.
Demişdilər: «Kimdir bizdən güclü olan?» Onları yaradan Allahın
özlərindən daha güclü olduğunu bilmirdilər, deyilmi? Ayələrimizi
danırdılar beləcə» (Fussılət, 15). Onlar bu təkəbbürləri
üzündən Hudun həlimliyini qiymətləndirmirdilər. Həlimlik onlar
üçün dəyər deyildi. Hudu kiçldirdilər: «Bu elçinin qövmündən olub
kafirlik eləyən, axirətə qovuşmağı danan o kübarlar ki, biz onlara
dünya həyatında bolluca ne'mət vermişdik, dedilər: «Bu da sizin
kimi bir bəşərdir sadəcə, yediyinizdən o da yeyər, içdiyinizdən
o da içər. Özünüzün bənzəri bir bəşərə itaətdə olsanız, ziyana
düşərsiniz (Muminin, 33-34).
Peyğəmbərə olan etimadsızlıq
Allaha olan sayğısızlıq idi. Amma onların bu etirazları qabağında
Hudun seçdiyi tövr belə idi: «Hud dedi: «Ey qövmüm, mən ağılsız
deyiləm, aləmlərin Rəbbinin göndərdiyi elçiyəm. Mən Rəbbimin sözlərini
yetirirəm sizə, e'tibarlı öyüdlər verirəm sizə» (Əraf,
67-68). Başqa bir ayədə deyilir: «Ad qövmünə göndərdik
Biz Hudu, onların öz qardaşını elçi olaraq. Dedi: «Ey qövmüm,
təkcə Allaha ibadət eləyin, yoxdur sizin Ondan başqa tanrınız.
Allaha şərik qoşmaqla Ona böhtan yaxırsız. Ey qövmüm, buna əvəz
olaraq sizdən bir əcir uman deyiləm. Əcrimi xaliqim verər. Bir
ağıl işlətsəniz! Ey qövmüm, məğfirət diləyin Rəbbinizdən, sonra
tövbə eləyib üzünüzü tutun Ona. O da bolluca yağış göndərər göydən
sizə, güc qatar gücünüzə. Günah işlətməyin, Ondan üz döndərməyin»
(Hud, 51-52).
«Qövmünün irəli gələnlərindən
bir camaat da «Biz səni mühəqqəq bir beyinsizlik içində görürük.
Səni mühəqqəq yalançılardan sayırıq» dedi (buna qarşılıq olaraq
Hud) «Ey qövmüm – dedi - məndə heç bir beyinsizlik yoxdur. Fəqət
mən aləmlərin Rəbbindən göndərilmiş bir peyğəmbərəm. Sizə Rəbbimin
vəhy etdiklərini təbliğ edirəm. Mən sizin əmin bir xeyirxahınızam».
Cahillərin Huda sataşması onun helmini məğlub edə bilmədi. Çünki
Allahın xeyir timsalı bir peyğəmbəri ilə daşlara sitayiş edən
qövm arasında böyük bir mədəniyyət fərqi vardı.
Huddan sonra Saleh peyğəmbər
Şam ilə Hİcaz arasında Hicr deyilən bölgədə məskun olan Səmud
qövmünə göndərilib. Səmudlular zənginlik içində yaşayıblar. Komfortlu
evləri, yamyaşıl bağ-bağçaları, bazarlarının zənginliyi ilə öyünürmüşlər.
Bütün bunlar onları Allaha qulluq etməkdən uzaqlaşdırıb. Təkəbbürlü,
qürurlu, özündən müştəbeh, tamahkar və inkarçı bir cəmiyyət halına
gəliblər. Allahın onlara göndərdiyi Saleh peyğəmbərin öyüdlərini
dinləmir, onun peyğəmbərliyini yalanlayırmışlar. Başqaları kimi
tələb edirmişlər ki, bir möcüzə göstərsin. Uca Allah ona səmudluların
gözü qarşısında iki dağın arasında dişi bir dəvə göndərir. O dəvə
yalnız bəlli günlərdə gəlir və quyunun yalağından su içib gedərmiş.
Saleh peyğəmbər səmudlulara tapşırır ki, o dəvəyə toxunmasınlar,
əks təqdirdə böyük bəlaya düçar olarlar. Amma səmudlular qəsdən
onu dinləmir və dəvəni kəsirlər.
Qövmü Salih peyğəmbəri və möminləri qorxutmaq üçün çalışıb. Etiraz
səslərini ucaldır, kinlərini üzə çıxarırmışlar. «Ey Saleh! Əgər
sən vəd edilmiş peyğəmbərsənsə, dəlinini gətir». Saleh onlara
yumşaq davranaraq: «Ey millətim! Mən sizə Rəbbimin risaləsini
təbliğ etdim. Fəqət siz nəsihət edənləri sevməzsiniz» deyib. Bütün
etirazlara baxmayaraq, onlara qurtuluş yolunu göstərib, tövbə
etmələrini istəyib: «Ey qövmüm! Niyə tövbədən əvvəl tezcə pislik
istəyirsiniz? Allahdan bağışlanmağınızı istəməli deyilsinizmi?
Bəlkə, mərhəmət olundunuz?»
Ülul əzm peyğəmbərlərdən
olan İbrahim üçün Əvvab (çox ah çəkən), Münib
(Allaha sığınan), Hənif, Şakir kimi sifətlrlə
yanaşı Həlim sifəti də işlənir. İbrahim peyğəmbər
Babil camaatına uzun müddət haqq dini, dünyanı, axirəti, həyatı,
ölümü və s. anlatmış, atası Azərə isə bunları incəliklərəinə qədər
izah etmişdi. Amma nə xalq, nə də atası ona inanmışdı. Amma İbrahim
bundan acıqlanmamış, təmkinini qorumuşdu. Hətta atası üçün Allahdan
rəhmət diləmişdi: «Sənə salam olsun! Sənin üçün Rəbbimdən məğfirət
diləyəcəyəm. Çünki o, mənə qarşı lütfkardır» (Məryəm,
74); «Məğfirət diləməzdi atasına İbrahim, sadəcə əməl
eləyirdi ona verdiyi və'də. Biləndə ki, Allahın düşmənidir atası,
ondan uzaq oldu. Çox həssasdı, həlimdi həqiqətən İbrahim» (Tövbə,
114).
Quranda bəzən «helm»
sözü işlənməsə də, söhbətin bu keyfiiyətdən getdiyi aydın olur:
«Onlar ki, günahın böyüklərindən və çirkinliklərdən uzaq durar
və acıqlananda da qüsur örtərlər» (Şura, 37).
«Bir şirin dil, bir bağışlama, ardından incitmək gələn sədəqədən
daha xeyirlidir. Allah Qənidir, Rəhimdir» (Baqara, 263).
Başqa bir ayədə isə yumşaqlıq, helm anlamında «hevn» sözü işlənib.
Bu anlam sondakı cümlədən anlaşılır: «Cahillər onlara söz atdıqları
zaman «Salamat olun» deyərlər». Quranda hətta arzuolunmaz pis
situasiyalarda da təmiknini saxlama, özünü emosiyalara təslim
etmədən yaxşı üsullarla vəziyyətdən çıxma tövsiyə olunur: **Pisliyi
özündən kənar edəndə daha yaxşı bir üsulla bunu et (Muminin,
96).
Nəhayət, qeyd edək ki,
həlimlik hər cür yumşaqlıq yox, həlim olmaya bilənin etdiyi əxlaqi
davranışdır. Başqa alternativi olmayanın göstərdiyi yumşaqlıq
helm deyil. Məsələn, qurdun qarşısında yumşaqlıq göstərən quzunun
hərəkəti helm deyil. Helm sərt olmaq imkanına baxmayaraq, Allahın
Həlim gözəl adına uyğun şəkildə yumşaq davranışdır. Məqsəd Allah
razılığına nail olmaqdır. Bir sıra peyğəmbərlər Allahın tapşırıqlarını
yerinə yetirəndə, özü də biləndə ki, yeganə qüdrət sahibi Allah
onu müdafiə edir, yenə də həlim şəkildə davranır, Allahın tövsiyə
etdiyi davranışı, onun xəlifəsinə yaraşan davaranışı sərgiləyirdilər.
Bu davranış təqdir olunur: “Sizi çaşdırmaqdan çəkinməzlər, istərlər
çətinə düşəsiz. Qəzəb daşıb tökülər ağızlarından. Sinələri daha
çox doludur kin-küdurətlə. ... Baxın, sizi sevməsələr də sevirsiniz
onları” (Ali İmran 118-119).
|