Rəhman
və Rəhim Allahın adıyla
1. Haqq olan gün!
2. Nədir o haqq olan
gün?
3. Sən nə biləsən o haqq
olan gün nədir?
4. Başlarına bəla gətirəcək
günü danmışdı Səmud və Ad qövmləri.
5. Güclü bir gurultuyla
məhv edildi Səmud qövmü.
6. Hər şeyi qabağına
qatıb aparan vıyıltılı bir yel ilə məhv edildi Ad qövmü.
7. Yeddi gecə, səkkiz
gün bu yeli üstlərinə aramsız əsdirdi Allah. Görürsən kökündən
qopmuş xurma ağacları kimi necə sərilmişlər yerə.
8. Görəsən onlardan bir
sağ qalan varmıdır?
9. Fir'on, ondan öncəkilər
və alt-üst olmuş şəhərlərin camaatı da günahlara batmışdılar.
10. Rəblərinin elçisinin
əleyhinə çıxmışdılar. Çox şiddətli bir əzaba uğratdı onları Allah.
11. Sular coşub daşan
zaman Biz idik üzən gəmidə sizi daşıyan.
12. Bunu sizdən ötrü
ibrət dərsi elədik ki, eşidən hər qulaq eşidib anlaya bunu.
13. Elə ki, bir dəfə
çalındı sur
14. və yerlə dağlar birdən-birə
dağıldı,
15. olacaq o gün olar,
qiyamət o gün qopar,
16. göy yarılıb zəif
düşər.
17. Göyün ətrafında olar
o gün mələklər. Səkkiz mələk daşıyar Rəbblərinin ərşini.
18. Rəbbinizin hüzuruna
gətirərlər o gün sizi. Gizli qalmaz heç nəyiniz.
19. Əməl dəftəri sağ
əldən verilən kəs deyər: «Yazımı alın, oxuyun.
20. Mən, şübhəsiz, bu
günü görəcəyimə əmindim».
21. Razı qalacağı bir
ömür yaşayar,
22. ali cənnət bağına
qovuşar.
23. Bir əl uzadımındadır
bu cənnətin meyvələri.
24. «Nuşcanlıqla yeyin,
için. Ötüb-keçmiş günlərdə gördüyünüz işlərin əvəzidir bu» deyilər
onlara.
25. Əməl dəftəri sol
əldən verilən kəs deyər: «Kaş ki, bu dəftəri mənə verməyəydilər,
26. bilməyəydim hesabımı,
27. hər şeyə son qoyaydı
ölüm.
28. Malımın da bir yararı
olmadı,
29. gücüm getmiş əlimdən.
30. Cəhənnəm mə'murlarına
əmr edilər: «Onu tutun, zəncirləyin,
31. sonra cəhənnəmə vasil
eləyin,
32. sonra da yetmiş arşın
zəncirlə sarıyın.
33. Uludan ulu Allaha
inanmazdı,
34. yoxsulları yedirtməyə
meyl eləməzdi.
35. Bu gün bircə dostu
da yoxdur burada.
36. Xörəyi də irin olar.
37. Yalnız suçlular yeyər
belə xörəyi».
38. And içirəm sizin
görə bildiyinizə
39 və görə bilmədiyinizə,
40. nəcib bir Elçinin
gətirdiyi kəlamdır Qur'an.
41. Bir şair kəlamı deyil.
Ancaq yenə azdır ona inamınız.
42. Bir kahin kəlamı
deyil. Ancaq yenə aldığınız öyüdlərin faydası azdır sizə.
43. Aləmlərin Rəbbinin
gendərməsidir bu Qur'an.
44. Demədiyimiz bə'zi
kəlamı adımıza çıxsaydı Peyğəmbər əgər,
45. öncə gücünü alardıq
onun,
46. sonra da kəsərdik
şah damarını.
47. Və heç biriniz qoruya
bilməzdi onu.
48. Şübhəsiz, bu Qur'an
bir öyüddür, müttəqilərdən ötrüdür.
49. Biz bilirik içinizdə
Qur'anı dananlar da var.
50. Kafirlərin ürəyinə
bir həsrət yükünü çökdürər Qur'an.
51. Şübhəsiz, haqq olan
olacağı bildirəcəkdir Qur'an.
52. Uca tutuludan ulu
Rəbbinin adını.
|