|   RU  |  EN  |.....


88 ĞAŞİYƏ SURƏSİ

Rəhman və Rəhim Allahın adıyla

1. Gəlib çatmışmı sənə hər şeyi bürüyən qiyamətin xəbəri?

2. Zillət çökər bə'zi üzlərə o gün.

3. Ağır yüklər altında üzgün düşər pis əməlli kimsələr.

4. Yanar bir oda vasil olarlar.

5. Qaynar bir qaynaqdan içizdirərlər onlara.

6. Yedikləri yalnız bir tikan olar.

7. Nə kökəldər, nə aclıqı götürər bu tikan.

8. Toxluq yağar bə'zi üzlərdən o gün.

9. Gördükləri işlərdən razı qalmış düz əməlli kimsələr.

10. Uca bir cənnətin içindədirlər.

11. Mə'nasız söz eşitməzlər bir-birindən orada.

12. Axar bulaq,

13. uca-uca taxtlar,

14. düzülü qablar,

15. yanbayan qoyulu yastıqlar,

16. sərili xalılar var orada.

17. Bir baxıb görələr dəvə necə yaranmış,

18. görələr göy necə ucaldılmış,

19. görələr dağlar necə yerə dikilmiş,

20. görələr yer necə döşənmiş.

21. Andırsana bunları insanlara, inandırmaqdır sənin borcun onları.

22. Sən onlara hökm eləyən deyilsən.

23. Kim ki, dönərsə haqdan, danarsa haqqı,

24. ən böyük əzaba uğradar onu Allah.

25. Bizim dərgahımıza dönəcək onlar.

26. Biz də axır çəkərik onlarla haqq-hesabı.

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.