Rəhman
və Rəhim Allahın adıyla
1. Ucalardan ucadır Allah,
haqqı batildən ayıran Qur'anı nazil eləmiş
bəndəsinə. Nazil eləmiş ki, xəbərdarlıq eləsin aləmlərə bəndəsi.
2. Göylərin, yerin yiyəsidir
O. Özünə bir övlad götürməmiş. Ağalıqda bir
şəriki olmamış. Yaradaraq hər şeyi bir biçimə salmış.
3. Onu qoyub tanrılar
olaraq o bütlərə tapındılar ki, bunlar heç nəyi
xəlq eləyən deyillər, özləri xəlq olunurlar, nə zərəri, nə yararı
var bunların,
öldürməyə, yaşatmağa, diriltməyə gücləri yetən deyil.
4. «Bu Qur'anı uydurmuş
o, ona yardım eləmiş başqa bir qövm» dedi kafir
kimsələr.
5. «Öncəki nəsillərin
əfsanələrindən ibarətdir bu Qur'an. Başqa birisi
yazmış bunları və səhər-axşam ona diktə eləyir» dedilər.
6. De ki, «Qur'anı göylərin,
yerin sirrini bilən nazil eləmiş. Günahlardan
keçəndir, Rəhimdir O».
7. «Bu necə Rəsuldur
ki, hamı kimi yemək yeyir, hamı kimi bazarları
dolaşır? Bir mələk nazil olmalıydı ona və onunla bərabər car çəkməliydi
olacağı
bu mələk, deyilmi?» dedilər –
8. «Yaxud göydən ona
bir xəzinə göndərilməliydi ki, yalnız bundan
xərcləyəydi, ya da ona bir bağ verilməliydi ki, meyvəsindən yeyəydi,
deyilmi?»
Zalımlar mö'minlərə dedilər: «İman gətirdiyiniz adam cadulanmış
bir kimsədir
sadəcə».
9. Gör sənin barəndə
nələr düzürlər. Sapmışlardır onlar, tapmazlar doğru
10. Xeyirli-bərəkətlidir
Allah, əgər istəsə sənə bundan yaxşısını, içindən
çaylar axan cənnətləri verər, sənin üçün saraylar var eləyər.
11. Qiyamət saatını da
danmış onlar. Alovlanan od hazırlamışıq o saatı
dananlara.
12. Görəntək uzaqdan
onlar bu odu, eşidərlər qəzəbli gürultusunu,
uğultusunu.
13. Qolları zəncirlənmiş
olaraq darısqal bir məkana düşəndə onlar, orada
özlərinə ölüm dilərlər.
14. «Bu gün bir ölüm
yox, çox-çox ölümlər diləyin».
15. De ki, «Hansı yaxşıdır,
bumu, yoxsa müttəqilərin gedəcəkləri yer -
onlara bir mükafat olaraq və'd verilən əbədiyyət cənnəti?»
16. Nə istəsələr bu cənnətdə
taparlar, burada əbədilik qalarlar. Bu,
Rəbbindən umulan cənnətdir, Onun verdiyi və'ddir.
17. O gün onları və Allahdan
başqaları adına tapındıqlarını bir yerə
cəm eləyər Allah, «Sizmi yoldan çıxardınız Mənim bu bəndələrimi,
özlərimi
sapdılar?» deyər O.
18. «Ucalardan ucasan!
Bizə yaraşan deyil Səni qoyub özgəsini özümüzə
dost seçək. Fəqət, Sən onlara, atalarına ne'mətlər verdinsə də
onlar Sənin
Kitabını unutdular, məhvə düçar oldular» deyərlər.
19. «Dediyiniz sözləri
danmış onlar əməllərilə. Canınızı qurtara
bilməzsiniz, yardım da edilməz sizə. Aranızda zalım olan kimsələrə
daddırarıq
böyük bir əzabı».
20. Səndən öncə də göndərdiyimiz
bütün elçilər yemək yeyərdilər,
bazarları dolaşardılar. Bə'zinizi bə'zinizlə imtahana çəkirik.
Səbriniz çatacaqmı
buna? Görəndir hər şeyi Rəbbin.
21. Bizimlə üzləşməyə
gümanı olmayanlar «Bizə ya mələklər
göndərilməli, ya da Rəbbimizi görməliyik» dedilər. Təkəbbürlük
etdilər,
azğınlıqda çox-çox uzaq getdilər.
22. Mələkləri görəntək
suçlular o gün, eşitməzlər xoş bir xəbər. «Xoş
xəbərlər sizin üçün yasaqdır, yasaq!» deyər mələklər.
23. Gördükləri hər yaxşı
işə qəsd edərik, bunları toz-dumana döndərərik.
24. Cənnət əhlinin yeri
daha yaxşı olar, dincəldikləri yer daha yaxşı olar.
25. Bulud-bulud yarılacaq
göy o gün, dəstə-dəstə nazil olacaq mələklər o
26. Rəhman olar o günün
haqq hakimi. Yaman günə düşər kafirlər o gün.
27. Zalım kəs dizlərinə
o gün döyər, «Kaş Rəsulun ardınca gedib doğru
yolu tutaydım» deyər –
28. «Yazıqlar olsun mənə,
kaş mən filankəsi özümə dost tutmayaydım.
29. Qur'an gəlmişdi mənə,
Qur'andan sapdırdı məni. Şeytan da ki,
şübhəsiz, qoyub qaçar insanı dar ayaqda».
30. «Rəbbim' Tərk eləmiş
mənim qövmüm Qur'anı» dedi Rəsul.
31. Biz hər bir peyğəmbərə
suçlulardan ibarət düşmənlər var etmişik. Səni
doğru yola yönəltməyə, sənə yardım etməyə Rəbbinin qüdrəti yetərlidir.
32. «Məgər bütöv olaraq
bir dəfəyə nazil olmalı deyildimi Qur'an
ona?» söylədi kafirlik edən kimsələr. Yrəyini səbatlı eləyək deyə
Biz Qur'anı
göndəririk tədric ilə, ayə-ayə.
33. Onlar sənin buyruğuna
hər dəfə mız qoyanda, haqq kəlamı, ən gözəl
anlamlı sözü Biz sənə dedirdirik.
34. Cəhənnəmə sürüklənən
kəslərin qalacağı yer çox pis, getdiyi yol çox
əyridir.
35. Kitab vermişdik Musaya,
vəzir eləmişdik qardaşı Hərunu ona.
36. «Ayələrimizi danan
qövmün içinə gedin dedik onlara. Və axır həmin
qövmü darmadağın elədik.
37. Nuhun qövmünü də
yada sal. Göndərilən elçiləri dandılar, Biz də
onları qərq elədik sulara, görk elədik insanlara. Ağrılı bir əzab
hazırlamışıq
zalımlara.
38. Ad və Səmud qövmlərini,
Rass camaatını və bir çox nəsilləri də yada
39. Nümunələr gətirdik
onların hər birinə, işini bitirdik onların hər birinin.
40. Bəla yağışına tutulmuş
bir şəhərdən ötüb keçdi kafirlər. Məgər
görmədilərmi nə hala düşmüşdü o? Xeyr, görmədilər, qiyamət günü
diriləcəklərinə inanmırdılar.
41. Səninlə üzləşəndə
lağ eləyərlər, «Bunumu elçi göndərmiş Allah?»
deyərlər –
42. «Bizi tanrılarımızdan
az qala azdıracaqdı». Əzabı görən zaman
biləcəklər kimdir doğru yoldan daha çox azan.
43. Öz nəfsinə tanrı
təkin tapınan kimsəni tanıyırmısan? Sənmi vəkil
olacaqsan ona?
44. Bəlkə elə bilirsən,
söz eşidir, ağıl işlədir onların çoxu? Heyvan kimi
şeydirlər, yox heyvandan betərdilər, doğru yoldan daha çox onlar
azmış.
45. Məgər görmədinmi
necə uzadır Rəbbin kölgəni? İstəsəydi, durdurardı
onu. Biz günəşi bu kölgənin varlığına dəlil edərik.
46. Sonra tutub yavaş-yavaş yanımıza çəkərik bu kölgəni.
47. Gecəni yorğan olaraq
üstünüzə örtən, yuxunuzu dincliyə döndərən,
gündüzü iş vaxtı edən Odur.
48. Ardınca Özünün rəhməti
gələcək küləkləri müjdəçilər olaraq göndərən
Odur. Səmadan paklanmış su endirərik,
49. ölü bir diyarı dirildərik,
neçə-neçə heyvanı və insanı içizdirərik.
50. Bizi analar deyə
diyar-diyar yağdırarıq yağışı. Amma əksər adamlar
nankorluq eləyərlər.
51. Biz əgər istəsəydik,
hər şəhərə olacağı car çəkən bir elçi göndərərdik.
52. Kafirlərə itaət eləmə,
onlara qarşı əlindəki Qur'anla, var gücünlə, var
ağlınla cihad elə.
53. Bir-birinin yanında
qoşa dəniz yaradıb birinin suyunu içməli, şirin,
digərinin suyunu duzlu, acı eləyən və qarışmasınlar deyə aralarında
bir maneə
qərar verən Odur.
54. Sudan insan yaradan,
ona nəsəb, nəsil verən Odur. Hər şeyə qadirdir
Rəbbin.
55. Allahı qoyub onlara
nə yararı, nə zərəri olmayan bütlərə tapınırlar.
Rəbbinə qarşı çıxan kafir adam şeytana arxa olar.
56. Biz səni göndərmişik
müjdə verəsən mö'minlərə, xəbərdarlıq eləyəsən
kafirlərə.
57. De ki, «Buna görə
mən sizdən bir mükafat ummuram. Rəbbinə
doğru gedən bir yol tutmağı diləyən kəs isə malından xərcləyərsə,
buna mane
olmaram».
58. Diri, ölməz Allaha
təvəkkül elə. Öyərək həmd elə Onu. Bəndələrinin
suçlarını təkcə Onun bilməsi cəza üçün yetərlidir.
59. Göyləri, yeri, bunların
arasında olanları altı gündə yaradan, sonra
ərşdə bərqərar olan Rəhman Odur. Hər şeydən xəbərdar olan Allahdan
soruş
desin bunları.
60. «Rəhmana səcdə eləyin»
deyiləndə onlara «Nədir Rəhman?
Buyurduğun şeyəmi səcdə eləyək?» deyərlər və dedikləri bir az
da ayrı salar
imanından onları.
61. Uludan uludur Allah,
göydə bürclər var eləmiş, günəşi çıraq eləmiş,
ayı aydınlıq eləmiş.
62. İbrət almaq istəyən,
şükr eləmək istəyən kəslər üçün gecəylə gündüzü
növbələşdirən Odur.
63. Dinməzcə gəzib dolaşandırlar
yer üzünü Rəhmanın bəndələri. Cahillər
onları dindirən zaman, salam ilə, xoş söz ilə cavab verərlər.
64. Rəblərinin rizasını
qazanmaqçün səcdəylə, namazla keçirərlər gecəni.
65. Deyərlər: «Rəbbimiz!
Bizdən iraq elə cəhənnəm əzabını, dəhşətlidir o
66. Qalmalı yer, olmalı
yer deyil ora».
67. Bir sərvət xərcləyəndə
nə bədxərclik, nə xəsislik edərlər, orta bir yol
tutarlar.
68. Başqa bir tanrını
tay tumazlar Allaha. Allahın yasağına əməl edərək
öldürməzlər kimsəni haqsız yerə. Zinakarlıq eləməzlər. Günaha
batmış olur
bunları eləyən kəs.
69. Qiyamət günü qat-qat
artar beləsinin əzabı. Cəhənnəm içində alçalaraq
əbədilik qalar o.
70. Ancaq tövbə eləyən,
iman gətirən, saleh bir iş görən kimsələrin pis
işlərini yaxşı-yaxşı işlərlə əvəz edər O. Günahlardan keçəndir,
Rəhimdir Allah.
71. Başqa günah işlərindən
tövbə eləyən, saleh bir iş görən kəs, şübhəsiz,
Allaha dəyərincə yönəlmiş olar.
72. O kəslər ki, yalandan
şahidlik eləməzlər, mə'nasız bir şeylə üzləşən
zaman baş qoşmayıb nəcabətlə bu şeydən yan ötərlər,
73. o kəslər ki, Rəblərinin
ayələri yadlarına salınanda onların nə kar, nə
kor olarlar,
74. o kəslər ki, «Gözümüzün
işığı olacaq zövcələr, övladlar yetir bizə,
Allahdan qorxanlara başçılar elə bizi, Rəbbimiz!» deyərlər -
75. səbr elədiklərinə
görə cənnətdə ən ali məqamı qazanar onlar və
mələklər sülh ilə, salam ilə qarşılayar onları.
76. Orada əbədilik qalarlar.
Nə qalmalı, nə olmalı yerdir ora!
77. De ki, «Ona dua etmədikcə,
axı necə xeyir versin Rəbbim sizə?
Danmışsınız Rəsulu və Qur'anı. Və mütləq çəkəcəksiniz cəhənnəm
əzabını».
|