Rəhman
və Rəhim Allahın adıyla
1. And olsun sökülən
dan yerinə,
2. and olsun on gecəyə
[zü-l-hiccə ayının ilk on gecəsinə],
3. and olsun cüt olana,
tək olana,
4. and olsun şütüyən
gecəyə!
5. Bir ağıl yiyəsinin
adına yaraşan andlar deyilmi bunlar.
6. Məgör bilməzmisən
Rəbbin nələr eləmiş Ad qövmünə,
7. uca-uca dirəklər tək
boy-buxunlu İrəm əhlinə.
8. Onlar kimi məxluq
yoxdu heç bir ölkədə.
9. Məgər bilməzmisən
Rəbbin nələr eləmiş Vadidə qayalar yonan Səmud qövmünə,
10. öz qurbanlarını çarmıxa
çəkən Fir'ona.
11. Azğınlıq eləyərdi
ölkədə,
12. çoxlu-çoxlu fitnə-fəsad
törədərdi Fir'onun adamları.
13. Əzab qırmancını çəkdi
onlara Rəbbin.
14. Şübhəsiz, bəndələrin
işlərini izləyir Rəbbin.
15. İnsanı sınaqdan keçirmək
üçün sayğı göstərərək ne'mət verdimi ona Rəbbi, «Sayğı göstərmiş
mənə Rəbim» deyər.
16. Ancaq yenə də sınaqdan
keçirmək üçün ruzisini azaltdımı Rəbbi, «Xor baxmış mənə Rəbim»
deyər.
17. Elə deyil. Siz yetimə
hörmət qoymayırsız,
18. yoxsulu yedirtməyə
meyl eləmirsiz,
19. başqasının haqqına
məhəl qoymadan mirasdan təkbaşına yeyirsiz,
20. sərvəti çox sevirsiz.
21. Amma elə ki, yarğan-yarğan
yarıldı yer,
22. göldi Rəbbinin əmri
və sıra-sıra düzülüb gəldi mələklər
23. və o gün ki, gətirilib
gəldi cəhənnəm, anışdırar hər şeyi insan. Bu anışdırmağının da
artıq ona nə faydası?
24. Deyər: «Kaş ki, bu
günkü həyatım üçün yaxşı işlər görəydim mən öncədən».
25. O gün Allahın əzabı
təkin əzab verə bilməz kimsə kimsəyə.
26. Bağladığı zəncirləri
Onun kimi heç kim bağlaya bilməz.
27. «Ey öz imanına arxayın
can!
28. Dön Rəbbinin dərgahına,
sən aldığın savabdan, O da səndən razı.
29. Saleh bəndələrimin
sırasına gir.
30. Cənnətimə gir!»
|