1905-ci
ildə «Həyat» qəzetində Mirzə Ələkbər Sabirin «Bir məclisdə on
iki kişinin söhbəti» àäëû bir şeri dərc olunmuşdu. Şerin on iki
qəhrəmanından biri olan Elm Azərbaycan cəmiyyətini, bəlkə də elə
bütün islam ümmətini nəzərdə tutaraq deyirdi: «Qət'i ümmid etmişəm,
yeksər bu qövmi atmışam». Elmin antipodu olan Cəhl isə: «Ortada
keyf eyləyib mən həm mərama çatmışam» - deyə məmnunluq ifadə edirdi.
Müsəlmanların elmi küsdürməsi böyük şairi əbəs yerə təəssüfləndirmirdi.
Çünki elm və islam bir-biri ilə çox bağlıdır. Amma øår yazılan
zaman artıq bir neçə əsr idi ki, bir zamanlar Qərbin müəllimi
olan Şərq indi şagird olmağı belə istəməyən cahilə – elmin ən
böyük düşməninə çevrilmişdi. Ôüzulinin zamanında şerə «küfr» deyə
hücum çəkənlər («Ol rütbədə qədri-nəzmdir dun, Kim küfr oxunur
kəlami-mövzun». Füzuli, «Leyli və Məcnun») indi də elmi hədəfə
almışdılar. Sabirdən bir qədər əvvəl onun müəllimi Seyid Əzim
Şirvani də bu xüsusda çox etirazlar bildirmişdi. Onun Qafqaz «müsəlman»ları
haqda yazdıqlarını nəsrə çevirib belə ifadə edə bilərik: «Əgər
birinə desən ki, Yer öküzün, öküz isə balığın üstündə durmur.
Zəlzələ isə öküzü mozalanın dişləməsi nəticəsində ikincisinin
təpik atması sonucunda baş vermir, deyərlər ki, bu mürtəd peyğəmbəri
inkar edir, kafirdir!» İslam cahil kimsələr tərəfindən əslindən
o qədər uzaqlaşdırılmış, «qayırma hədislər»lə (C.Məmmədquluzadə)
o qədər dəyişdirilmişdi ki, islam adlanan, gerçəkdə isə onun karikaturası
olan başqa bir dinə çevrilmişdi. Bu «din»də keçmiş hörmətli din
adamlarına fövqəladə mifoloci keyfiyyətlər artırılmışdı; biri
bir qılınca minlərlə baş kəsir, bir başqasi əlinin işarəsi ilə
çıxan Günəşi batırır, Ayı yarı bölür, üçüncüsü ayağını dağa vurmaqla
dağı qızıla çevirirdi. İslam ümməti adlanan, əslində isə onun
mahiyyətinə daban-dabana zidd olan cahil bir toplum yaranmışdı.
Elə bir toplum ki, orada onun mahiyyətinin atributu olan elm «persona
non qrata» elan olunmuşdu. Bəs Quran islamı üçün elm nədir?
Ərəblərin mənəvi mədəniyyətində
«elm» sözünə ilk dəfə islamdan öncəki ərəb ədəbiyyatında rast
gəlirir. Etimoloji tədqiqatlar göstərir ki, islamdan qabaq «elm»
sözü ərəblərdə «yol göstərən işarə» anlamına gəlirmiş. Bu yolgöstərmədə
bir xilaskarlıq, məqsədə doğru aparıcılıq və əlavə əziyyətdən
qurtarıcılıq kimi çalarlar vardı. Bədəvi üçün səhrada azmamaq
üçün yol göstərən işarənin nə dərəcədə vacib olduğunu demək artıqdı.
Bu işarənin olmaması ölümə bərabər idi. Təsadüfi deyil ki, «elm»in
antonimi olan «cəhl» kökü «məqsədsiz dövrə vurmaq», «azmaq», «nə
etdiyini bilməmək» anlamı verirdi.
Məşhur
Amerika islamşünası Frans Rouzental araşdırmalar nəticəsində müəyyənləşdirib
ki, Müqəddəs Kitabımız Quranda təxminən 78000 söz var. Bunların
sırasında «elm» kökündən düzələn sözlərin sayı isə 750-dir. «Kün»
(olmaq) feli 1300 dəfə, «qul» (demək) isə 1700 dəfə işlənilib.
Bu fellər sayılmasa, 2800 dəfədən artıq işlənən «Allah» sözü və
eyni mənada 950 dəfədən artıq işlənən «Rəbb» sözündən sonra «elm»
gəlir. Bunu quru statistika saymaq çətin görünür. Bu özü də islamda
elmin önəminin daha bir göstəricisidir.
Quranda
ən böyük elm sahibi olaraq Allah göstərilir. Qurana görə, Allahın
elmi, təbii ki, insanlarınkından müqayisəolunmaz dərəcədə çoxdur.
Elmin keyfiyyəti cəhətdən də fərq var, şəksiz. «Qeybin açarları
Allahın yanındadır. Onları ancaq Allah bilir. Allah suda və quruda
nə varsa, bilir. Elə bir düşən yarpaq yoxdur ki, Allah onu bilməsin.
Yerin zülmətləri içində elə bir toxum, (kainatda) elə bir şey
yoxdur ki, məhz açıq-aydın Kitabda (lövhi-məhfuzda) olmasın» (Ənam,
59); «Mən demirəm ki, Allahın xəzinələri məndədi. Mən
qeybi də bilmirəm. Mən demirəm ki, mələyəm. Mən, eyni zamanda,
xor baxdığınız kəslərə Allahın heç bir xeyir verməyəcəyini də
demirəm. Onların ürəklərində olanı Allah bilir. (Əgər mən iman
gətirənləri qovsam və bu sözləri desəm) onda, şübhəsiz ki, zalımlardan
olaram» (Hud, 31).
Quranda
tez-tez işlədilən «Allah bilir» ifadəsi sonrakı müsəlman teologiyası
və elminə əhəmiyyətli təsir göstərib. Bilməyin, elm sahibliyinin
Allaha xas sifət olması elmə şərəflər şərəfi verir, kiçik yaradıcı
olan insanı düşüncə və axtarışlara təhrik edirdi. Müsəlman alimləri
qeyd edirlər ki, Quranda intellektual fəàliyyət anlamına gələn
başqa sözlər də var, məsələn, «irfan» və bu kökdən düzələn «mərifət».
Amma «irfan» Allahın sahib olduğu elm anlamında işlədilmir. Bu,
elmin tərkibèndə olub daha çox «Allahı bilmə» kimi izah olunur.
Quranda açıqlanır ki,
düzgün şərh olunduqda canlı və cansız təbiətdə Allahın ayətlərini
görmək olar. Düşünən, ağıl işlədən dərin zəka sahibləri üçün bu
ayətlərdə Ulu Yaradıcının rəhmliliyinin, böyüklüyünün, böyük bir
ilahi harmoniyanın dəlillərinin olduğu deyilir. Bəzi ayələrdə
göylərdə və insan qəlbində olan ayətlərdən - dəlillərdən də söz
açılır. Beləliklə, Quran insanı yaradıcılığa, bütün aspektlərdə
– canlı və cansız təbiətdə, insanın özündə olan ayətlərin araşdırılmasına
çağırır: «Şübhəsiz, dərindən düşünənlər üçün ayələr var yer üzündə
və sizin öz xilqətinizdə. Görməzmisiniz bunları?» (Zəriyət,
20-21).
Qurana görə, bütün elmlərin
mənbəyi Allahdır. Quran bir öyüd olaraq göndərilib və insanları
imana təhrik edir; orada xüsusi elmi araşdırıma gücündə olmayanlar
üçün də dəlillər var, ən cidd elmi araşdırmalara varanlar üçün
də. Bəzilərinin Quranda «elm» deyildikdə guya təkcə dini elmləri
nəzərdə tutması haqda dedikləri əsassızdır. Bütövlükdə təbiət
elmləri də son nəticədə dinidir və əksinə. Quran məntiqi ilə hər
bir təbiət elmi də ən ciddi araşdırmalar sonucunda monolit bir
elmin tərkib hissəsi kimi üzə çıxmalıdır.
Amma Ulu Tanrı hamını
nəzərə aldığından, «Quranda hər kəs üçün pay olduğundan» hər kəs
öz səviyyəsindən yanaşa bilər. Kimi zikrlə ürəyini «pasdan təmizləməklə»
kifayətlənər, kimi isə üstəlik ən qlobal araşdırmalara da girişər:
«Onlar ayaqüstə, oturarkən, uzanıqlı vəziyyətdə Allahı zikr edərlər.
Göylərin və yerin yaradılışını düşünərlər və: «Rəbbimiz! Sən bunu
boş yerə yaratmadın» - deyərlər» (Əli İmran, 191).
Quranda insanlara Allahdan
istənilməsi tövsiyə olunan dualardan biri də: «Rəbbim, elmimi
artır» - de» ayəsidir (Ta-hə, 114). Bu ayəni
Baqara surəsindəki «Bizə bu dünyada və axirətdə həsənə ver» duası
ilə sinonim də hesab etmək olar. Hər halda, imam Qəzali Quran
məntiqindən bu qənaətə gəlir: «Əìələ bu əməlin nə olduğunu bildirən
elmlə varılır. Belə isə: «Dünya və axirətdə səadətin açarı elmdir»
- deyə bilərik. Quranda elə mətləblər var ki, onlara, sadəcə,
işarə olunur: «Biz bu misalları insanlara veririk. Bunları ancaq
alimlər anlar» (Ankəbut, 43). Bu ayə ilə bağlı
Zəhidi adlı orta əsr müəllifi belə yazırdı: «Quranda qırxdan artıq
ibrət alınacaq misal var. Keçmiş böyük alimlər bu ibrətamiz misallardan
hər hansı birini oxuyub anlamadıqları zaman: «Eyvah, mən alimlərdən
deyiləm» - deyib hönkür-hönkür ağlayarmışlar». Elmlənmək ilahi
tapşırıq olduğundan, islamın ən imanlı dövrü elmin də ən çox inkişaf
elədiyi bir dövr oldu və əksinə. Bu isə bir neçə əsrliyə bəşəriyyətin
sivilizasiya mərkəzinin müsəlman dünyasına keçməsi ilə sonuclandı.
Bir qədər də elm verməkdə
sıralama və ondan bəhrələnmə imkanı barədə. Elm bir nemət olduğundan
və yuxarıda imam Qəzalidən verdiyimiz iqtibasda deyildiyi kimi,
dünya və axirətdə səadətin açarı olduğu üçün Allah ilk öncə bütün
peyğəmbərləri elm sahibi edib, onlara adi adamlarda olmayan elm
verib. Müasir araşdırmaçılar da elm əldə etməyin iki: rasional
idrak və aprior bilik yolu olduğunu qəbul edir, peyğəmbərlər və
bir sıra müdriklərin digər insanların çeşidli üsullarla onillərin
və yüzillərin üzüntülü axtarışları hesabına əldə etdiklərini qısa
müddətə ilk mənbədən aldıqlarını deyirlər. Böyük alim Eynşteyn
yazırdı: «Əsl elm mistik titrətmə başlayan yerdə doğulur». Fransız
filosofu Dekart isə öz gündəliyində fəlsəfi konsepsiyasının ona
«bir gecə ərzində trans vəziyyətində» verildiyini yazırdı (mənbə:
Maks Hendel, «Kosmoqonik konsepsiya»).
Peyğəmbərimizin ona
ilahi elm verilən – vəhylər gələn ərəfədə həyəcan keçirməsi haqda
yetərincə yazılıb. Peyğəmbərlərin ilk mənbədən bilik almada seçkin
olduqları haqda Qurani-Kərimdə ayə var. Bəllidir ki, peyğəmbərlər
heç də intellektual elita içərisindən seçilmirdi. Onlar iman cəhətindən
hamıdan təmiz və, adətən, savadsız adamlar olurdu. Amma onlara
verilən elmlə – Kantın təbiri ilə desək «aprior biliklə» zamanları
qabaqlayırdılar: «Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət
verirəm. Allahdan (gələn vəhy ilə) sizi bilmədiklərinizi bilirəm»
(Əraf, 62).
Mələklər də elm sahibidirlər,
amma onlar yalnız Allahın onlara öyrətdiyini bilirlər: «Onlar
(mələklər): «Sən pak və müqəddəssən (bütün eyib və nöqsanlardan
kənarsan), Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmərik.
Hər şeyi bilən Sən, hikmət sahibi Sənsən – dedilər» (Baqara,
32). Elmə çatmaqda insanlar üçün də sərhədlər var. Bəzi
ayələrdə «Bu barədə sizə az bilik verilmişdir» - deyə çərçivə
olduğuna işərə edilir. Ümumiyyətlə, məxluqat üçün elmdən heç nə
Onun izni olmadan əldə edilə bilməz: «Onun elmindən yalnız Onun
istədiyi qədər bir şey qavraya bilərlər» (Baqara, 255).
Bundan başqa, elmin verilməsi ilə bağlı deyilənlər də
maraqlıdır: «Biz elmi bilənlər, anlayanlar, iman sahibləri üçün
ayırdıq».
Ümumiyyətlə, Müqəddəs
Kitabımızda Uca Tanrının insanları bilikli görmək istəməsi, bilənlərə
açıq rəğbəti ayələrdə öz əksini tapıb. «Biëənlərlə bilməyənlər
bərabər tutula biləmi?», «bir düşünsəniz, ağıl işlətsəniz!», «beyinsizlər»
kimi təşfiq və iradlarda Ulu Tanrının bilik və ağıl sahiblərinə
münasibəti aşkar görünür. Əli İmran surəsində alimlərin adı mələklərlə
yanaşı çəkilir: «Allah özündən başqa ibadətə müstəhəqq bir varlıq
olmadığını dəlillərlə açıqladı. Mələklər və elm sahibləri də ədalət
və haqq üzrə duraraq buna iman etdilər. Ondan başqa heç bir ilah
yoxdur. O Əzizdir, Həkimdir» (Əli İmran, 18).
Hətta elə məqamlar var ki, Uca Tanrı elmi olanları və Özünü peyğəmbərə
şahid kimi göstərir: «De ki, mənimlə sizin aranızda şahid olaraq
Allah kafidir, bir də kitab elmi olanlar» (Rad, 43).
Quranın bu ayələrinin
təsiri ilə peyğəmbərimiz və islam alimləri də elmi obrazlı şəkildə
Quran məntiqi daxilində təbliğ etmişlər. Elmin dalınca, lazım
gələrsə, Çinə belə gedilməsi haqda, alimin qələminin mürəkkəbinin
şəhid qanına bərabər tutulması haqda hədislər Quran məntiqindən
kənara çıxmır. Nisə surəsinin 69-cu ayəsindəki sıralamada alim
anlamına gələn «siddiqlər» kəlməsi «şəhidlər»dən əvvəl, «peyğəmbərlər»dən
sonra gəlir. Məşhur Türkiyə ilahiyyatçısı Süleyman Atəş bu sözü
«doğrunu söyləyən alimlər» kimi təfsir edib. Bir sözlə, müsəlman
sivilizasiyasının bütün uğurları Quranın elmə verdiyi dəyərdən
güc alıb. Yazımızı Malik Bennabinin dedikləri ilə yekunlaşdırmaq
istərdik: «Quranda nə müsəlmanların Avropaya verdiyi onluq say
sistemini, nə də onların yaratdığı cəbr elmini taparsan, amma
məsələyə psixoloci cəhətdən yanaşsan, daha vacib cəhətlər – elə
mənəvi və intellektual atmosfer taparsan ki, bu, elm və biliyə
yeni yanaşmanı ortaya qoyur».
|