|   RU  |  EN  |.....


87 Ə`LƏ SURƏSİ

Rəhman və Rəhim Allahın adıyla

1. Həmd oxu ucadan uca Rəbbinə.

2. Yaratmış, yaratdığına mütənasib biçim vermiş.

3. Hər şeyi ölçüb biçmiş, doğru yolu nişan vermiş.

4. Yaşıl-yaşıl otlaqlar bitirmiş.

5. Və qara-qara çör-çöpə çevirmiş sonra onları.

6. Biz sənə Qur'anı oxudacağıq, yadından çıxmayacaq.

7. Təkcə Allah unutdura bilər sənə Qur'anı. Aşkarı da, gizlini də, şübhəsiz, bilər Allah.

8. Yüngülü yüngülləşdirərik səninçün [icrası asan olan şəriəti yerinə yetirməyə səni müvəffəq edərik].

9. Faydası olacaqsa öyüd ver.

10. Allahdan qorxan kəs qəbul edəcək öyüdü.

11. Yalnız bədbəxt kimsə öyüddən qaçınar.

12. Ən böyük od içinə girər beləsi.

13. Nə ölü kimi ölü olar, nə diri kimi diri orada.

14. Uğura uğramışdır imanında paklıq tapan,

15. Rəbbinin adını anan, namaz qılan.

16. Sizsə dünya həyatını daha üstün tutursuz.

17. Axirət daha yaxşıdır, qalımlıdır.

18. Bu deyilənlər öncəki elçilərin Kitablarında da var.

19. İbrahimin, Musanın Kitablarında.

Sayt Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.

OXUMALI

"Mədəniyyətlər arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir"
>>>

"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!
" >>>



Copyright © 2011 Vasif Sadigli. All rights reserved. Bütün haqları qorunur.