|
ABŞ DÖVLƏT DEPARTAMENTİNDƏ GÖRÜŞ
|
ABŞ
Dövlət Departamentində bu qurumun təşəbbüsü ilə Din və Demokratiya
Mərkəzinin sədri Nəriman Qasımoğlu ilə görüş keçirilib. Görüşdə
Azərbaycandakı mövcud siyasi durum, demokratiyanın vəziyyəti müzakirə
edilib və geniş fikir mübadiləsi aparılıb. Azərbaycan xalqının
demokratik dəyərlərə böyük hörmətlə yanaşdığını deyən N.Qasımoğlu
Şərqdə ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin
tarixindən və təcrübəsindən danışıb.
Ölkəmizin Avroatlantika
məkanına inteqrasiya məsələsinə münasibət bildirən İlahiyyatçı
alim torpaqlarımızın işğalının yaratdığı vəziyyətdən, qaçqın
və məcburi köçkünlərin ağır durumundan, onların hüquqlarının
pozulmasından, münaqişənin həlli istiqamətində atılan addımların
kəsərli və qaneedici olmamasının problemin sülh yolu ilə həllinə
xalqın inamını azaltmasını, bunun Qərbə olan rəğbətə də şırımlar
açdığını deyib.
|
|
|
Sayt
Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.
|
OXUMALI |
"Mədəniyyətlər
arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini
itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir" >>>
"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar
su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!" >>>
|
|
|
|