|
N.QASIMOĞLU CORC MEYSON UNİVERSİTETİNDƏ GÖRÜŞ
KEÇİRİB
|
Din
və Demokratiya Mərkəzinin (DDM) sədri Nəriman Qasımoğlunun ABŞ
görüşləri davam edir. Postsovet müsəlman ölkələrində dini situaiya
üzrə mütəxəssis kimi uzunmüddətli ezamiyyətdə olan ilahiyyatçı
alim fevralın 5-də Virciniya ştatının Corc Meyson Universitetinin
Münaqişələrin Analizi və Həlli İnstitutunun professor-müəllim
heyəti ilə görüşü keçirilib. «İslam və dövlət: yeni ideyalar və
modellər axtarışında» mövzusunda məruzə edən N.Qasımoğlu islamla
dünyəvi dövlət arasında qarşılıqlı münasibtlərin tənzimlənməsi
barədə öz fikirlərini açıqlayıb. Görüş barədə «Azadlıq»ın müxbirinin
suallarını cavablandıran DDM sədri Qərbin islamın siyasiləşməsindən
və dini ekstremist tendensiyaların yayılmasından narahatlıq duyan
bəzi siyasi dairələrinin dindarlar arasında sufizmin yayılmasını
təklif etdiyini söyləyib. «Bu ideya ötən ilin oktyabrında Səmərqənd
konfransında da səslənmişdi. Amma biz bu təkliflə razılaşmırıq.
Çünki sufilik elitar bir təzahürdür və heç zaman kütlənin malı
olmayıb. Digər tərəfdən, xalqın cari sosial problemlərinə müraciət
edən cərəyanlara qarşı dövlət strukturlarının sufizmin yayılmasına
rəvac verməsi də inandırıcı deyil. Biz bu görüşdə də hamıya məlum
demokratik dəyərlərin, insan azadlıqlarının Quran məntiqi çərçivəsində
dini nöqteyi-nəzərdən şərhini vermək, əsl din dəyərlərini demokratikləşmə
işinə cəlb etmək barədə fikirlərimizi açıqladıq» – deyə DDM sədri
bildirib. |
|
|
Sayt
Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.
|
OXUMALI |
"Mədəniyyətlər
arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini
itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir" >>>
"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar
su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!" >>>
|
|
|
|