Səma
qapıları
Qurani-Kərimdə
“səmanın görünməz qapılarına” diqqətimiz çəkilir. Qapılar keçid
yerləri olduğuna görə, “səma qapıları” ifadəsini başqa kosmos-zamana,
fərqli ölçü və kainatlara keçid nöqtələri olaraq anlamaq mümkündürmü?
Qurani-Kərimdə yer alan “səma” termininin bu günkü mənası ilə
kosmos-zamana qarşılıq gəldiyini söyləyə bilərik.
Heç cür çıxa bilmədikləri
kainatın xaricinə nəhayət çıxmaq üçün qapı tapdıqlarınını düşünən
astrofiziklərə görə, qara çüxurlar bir kosmos-zaman qapısıdır.
Paralel
kainatlar və qara çüxurlar
Kosmos gərilmiş bir tora
bənzədilə bilər. “Çevir gözünü səmaya bax, bir çat, qüsur görürsənmi?”
(Mulk, 3) ayəsi kosmos-zaman torunun son dərəcə
sağlam hörüldüyünün bir işarəsi ola bilər.
Tor üzərinə qonan ağır
cisimlərdən bükülürsə, adına səma dediyimiz kosmos-zaman toru
da içinə oturmuş olan böyük kütləli göy cisimləri ilə eləcə əyilib
bükülür. Qara sonsuz bir ağırlıq anlamına gəlməkdədir. O bölgədə
kosmos-zaman toru əyilib-bükülməklə qalmaz, adətən, yırtılar,
daha uyğun bir təbirlə desək, dəlinər. Dəlinmənin anlamı fiziki
qanunların keçərliliyinin qeyb edilməsi, o məkanda qeyri-fiziki
aləmə qapı açılmasıdır.
Kosmologiya ilə bağlı
əsərlərindən tanıdığımız məşhur fizik Paul Davies bu mövzuda «Kosmos
çox qarışıq şəkildə zamana bağlıdır. Kosmos gərildiyi və büküldüyü
kimi, zaman da gərilir və bükülür» deyir.
Zamanın donaraq durması
qara çüxurların ən bəlli xüsusiyyətidir. Zamanın durması, sabit
qalması fizika qanunlarının keçərliliyini qeyb edərək kosmosun
bütün mahiyyətini itirməsi və yeni, başqa bir kainatın içinə girməsi
deməkdir. Ora bizim kainatımıza bənzəməyəcək, zaman, maddə və
ölçülər fərqli keyfiyyətlərlə bilinəcək.
Kainat
xaricinə qapı arayan astrofiziklər üçün qara çüxurlar ümid qapısı
olub. Əsasən paralel kainatlar qarşı aləmlərin, yəni axirətə dair
dünyaların varlığına işarət edən maraqlı bir xüsus olaraq qarşımıza
çıxmaqdadır. Bizim xaricimizdəki kainatları təsəvvür etmək asanca
mümkün olmadığı üçün, başqa kainatlar mövzusuna əvvəllər şübhə
ilə baxılmışdı. Amma bəzi fiziklər kosmik şüalar üzərində apardıqları
tədqiqatlarla işıqdan sürətli şüaların olduğunu müəyyən etdilər.
Üstəlik, riyazi düsturlar da mücərrəd kainatlara işarə edir, mücərrəd
kosmosları qəbul etmədən və diqqətə almadan aparılan hesablamalar
yanlış çıxır.
Araşdırmalar işıq sürətindən
minlərcə və milyonlarla dəfə sürətli mücərrəd obyektlərdən qurulu
və hörülmüş kainatların valığına dəstək verir və bu məsələyə rəğbətlə
baxan mütəxəssislərin sayını artırır.
İnkişaf edən elm maddə
və kosmos məsələsinə yeni anlayışlar gətirib. Öncələr maddənin
bu qədər qısa ömürlü olacağı kimsənin ağlına gəlməmişdi. Maddə
kimi zaman dediyimiz müddətin də qara çüxur cazibəsiylə başqa
bir axışa girməsinin sonsuz və fərqli ölçüdə dünyaları gündəmə
gətirəcəyini heç kəs təxmin edə bilməzdi. Əvvəllər dəyişməz və
toxunulmaz elan edilən və adətən, ilahiləşdirilən fiziki prinsiplərin
qara çüxurlarda alt-üst olacağı da təxmin edilmirdi. Bu kainat
nə üçün yaradıldı və niyə yox edilir? Gözlənən qara çüxur qiyamətindən
sonra yeni bir yaradılış varmı?
Bu mövzular günümüzdə,
sadəcə, dini söhbətlərdə yer almır, ən modern astronomiya mərkəzlərində
də mübahisə predmeti olur.
Məcərra, yaxud
şəmsüş-şümus: qara çüxurların o tərəfi
Kosmosun xaricinə çıxa
biləcək tunellər kimi vəsfləndirilən qara çüxurlar qiyamətlə bağlı
bəzi hədislərin şərhində bizə ip ucları verir.
İlk hədis müəllifi olaraq
qəbul edilən Sənaninin qeydlərində peyğəmbərimizin bu sözlərinə
rast gəlirik: «Mənə günləri təqdim etdilər. Cümə gününü gördüm,
onun gözəlliyi çox xoşuma gəldi. Orada qara nöqtə şəklində bir
şey gördüm. «Bu nədir?» deyə soruşdum. «Qiyamət onun içində qopacaq»
dedilər. Hədisdə olan və qiyamətin içində qopacağı bildirilən
«qara nöqtə» ilə anladılmaq istənilən nədir? İslam ədəbiyyatında
yer alan «məcərra» və «şəmsüş-şümus» təbiri ilə nə anladılmaq
istənildiyi mövzusunda alimlər müxtəlif şərhlər veriblər. Qiyamət
zamanı göyün yarılacağı, qapı-qapı açılacağını ifadə edən ayənin
- «Elə ki, yarıldı göy, Rəbbinin əmrini haqq olaraq eşidib yerinə
yetirdi göy» İnşiqaq, 1-2 – təfsirində hz.Əli
göyün «məcərra»dan çatlayıb yarılacağını bildirir. Astrofizikadakı
inkişaf çərçivəsində indi bu xəbərləri daha asan qavraya bilirik.
Məlum olduğu kimi, qara çüxurlar üçün ən bəlli xüsusiyyət tor
şəklində və sağlam yaradılan kosmosun «çatlayıb dəlinməsidir».
Mövcud bilgilərimizə görə, ayələrin vurğuladığı «səma yarılmasını»
şəhadət aləmi olaraq idrak etdiyimiz fiziki dünyanın dəyişərək
oradan fərqli ölçülərə qapı açılması kimi izah edə bilərik.
Quran bizə
hər zaman ip ucu verməklə bir çox yerdə bunların «anlayan, ağıl
sahibi və bilikli kimsələrə misal, ayət (dəlil) olduğunu təkrarlamaqdadır.
Ənbiya surəsinin 32-ci ayəsində «Göyü tavan elədik,
düşməyə qoymarıq onu» ilahi fərmanı bu göy tavanının arxasında
başqa dünyaların varlığı barədə ağıla qapı açmaqdadır. Səmanın
sağlam bir şəkildə olması ilə yanaşı «çatının olmaması» (Mulk,
3) açıqca bildirilir. «Yaxşı-yaxşı bax, varmı göyün bir
çatlağı?» buyurulur. Ancaq qiyamətə aid ayələrdə səmada çatlamanın
olacağı mütəmadi olaraq vurğulanır: «O gün Yer başqa Yerlə dəyişdirilir,
hamı Allahın, hər şeyi qəhr eləyən tək Tanrının hüzuruna çıxır»
(İbrahim, 48) ayəsi qiyamət əsnasında bu çatlarla axirətə
qapı açılacağını aşkar bildirməkdədir.
Şəmsüş-şümus
Çox həssas və müasir
bir cazibə ölçmə cihazı olan Veber detektorunu qalaktikamızın
mərkəzinə yönəldəndə bir qara çüxurun bizə çatan cazibə gücünü
hiss edirik. Bu, qalaktikamızın tam mərkəzində bir qara çüxurun
olduğuna işarə etməkdədir. Qalaktikamızın günəşi deyə biləcəyimiz
bu qara çüxurun təxminən üç milyon Günəşə bərabər kütlədə və bir
neçə işıq saniyəsi (bir işıq saniyəsi 300.000 km) ölçüsündə olduğu
təxmin edilir. Bu qara çüxurun ağırlığını, yəni cazibə qüvvəsini
bir çay qaşığı qədər miqdarı 40 milyard ton gələn neytron ulduzları
ilə müqayisə edə bilərik. Qara çüxurlar neytron ulduzlarından
daha ağırdır. Bütün qara çüxurlar kimi, qalaktikamızın mərkəzindəki
qara çüxur da durmadan böyüyür və güclənir. Yəni təsir sahəsi
getdikcə artır. İnfraqırmızı astronomiyasının təsbitlərinə görə,
hər saniyə Günəş sistemi 50 km sürətlə onun udulma sahilinə yaxınlaşır.
Bu səbəbdən dünyanın sonu bu qara çüxur yolu iləmi olacaq? sualı
gündəmə gəlməkdədir.
Son illərdə ortaya çıxan
sübutlara görə, dünyanı özünə çəkən təkcə qalaktikamızın mərkəzindəki
qara çüxur deyil. Aparılan son hesablamalar və tədqiqatlarla Günəşin
də özünə xas bir hərəkəti olduğu anlaşılanda elm dünyası böyük
bir şok yaşadı. Günəş Veqa ulduzuna doğru saniyədə 20 kilometrlik
sürətlə hərəkət halındadır. Günəşlə bərabər biz də o yolu gedirik..
Günəş sistemi qalaktikanın
mərkəzinə doğru hərəkətində bir az sapma göstərir. Bu da o deməkdir
ki, onu başqa bir cəzb edən də var. Bu, bir qara çüxur olmalıdır.
Bu qara çüxur və ya qara
nöqtə hər zaman qarşımıza çıxa bilər. Qara çüxurlar üzrə mütəxəssis
Kipp Tomeyə görə, qalaktikamızda bir milyona qədər qara çüxur
var.
Günəşimiz digər günəşlərə
görə, istisna olaraq təkdir. Onun bir əkizinin olmasının lazım
gəldiyini əksər alimlər qəbul ediblər. Günəşin yaxınlığında belə
bir ulduz olmadığına görə onun əkizinin bir qara çüxura çevrildiyi
düşünülür. Şəmsüş-şümusu çox böyük bir ulduz olaraq qəbul etsək,
o, erkən ölümə məhkum olmuş bir qara çüxura çevrilmiş Günəşin
əkizi ola bilər. Xatırladaq ki, böyük ulduzların sonu qara çüxur
olmaqdır.
«Vəşşəmsü təcri limüstəqərrin
ləha» (Yə-sin, 38) ayəsi (Günəş
də bir dəlildir onlara, axar gedər orbiti üzrə) Günəşin ətrafındakılarla
bərabər şəmsüş-şümusa doğru hərəkətinə işarə edə bilər.
Tarixi qeydlərdə Rəbbüş-şira
adlı bir günəşdən söz açılır. Əgər gerçəkdən belə bir günəş var
idisə, indi onun olmamasını qara çüxur halına gəlməsi ilə izah
etmək olar. Məlum olduğu kimi, bütün ulduzlar fəzada cüt olaraq
mövcuddurlar. Günəş niyə istisna olmalıdır? Əgər Günəş istisna
olaraq yaradılmayıbsa, ondan daha böyük bir əkizi hazırda qara
çüxur olaraq yerini almış ola bilər. Kosmosda bir çox faktlar
var ki, daha öncə qara çüxur halına gələn ulduz öz tayını özünə
doğru çəkir və onu bütünlüklə udur.
Yaxın zamanlarda ortaya
çıxarılan bir gerçək isə daha çaşdırıcıdır. 1987-ci ildə dünyanın
öndə gedən yeddi elm adamı Vaşinqtonda bir araya gəldi. Müzakirə
etdikləri məsələ buydu. İçində Günəş kimi 200 milyard ulduz olan
qalaktikamız böyük bir sürətlə kosmosda hara gedir? Astrofizika
sahəsində adlı-sanlı bu mütəxəssislər qısa zamandan sonra ortaq
bir raportla qənaətlərini ortaya qoydular. Qalaktikamız saniyədə
700 km sürətlə 300 milyon işıq ili uzaqdakı Hidra Kenaurus adı
verilən bir qalaktikaının da o üzündə bir yerə doğru sürüklənir.
Bu bölgədə on minlərcə qalaktikanı içinə ala biləcək böyüklükdə,
görünməmiş cazibə gücünə malik bir cisim var. Sonrakı illərdə
aparılan araşdırmalarda bu cazibə səbəbinin bir qara çüxurdan
qaynaqlandığı aşkarlandı. Bu qara çüxurun adına Böyük Çəkici mənasında
Great Attractor adı verildi. Qalaktikamızın bu hərəkətinə isə
Qərib Özəl Hərəkət mənasında Peculiar Motion deyildi. Son araşdırmalar
isə ən azı 900 qalaktikanın Böyük Çəkicinin təsiri ilə qorxunc
sürətlə ona doğru sürükləndiyini ortaya çıxardı.
Məcərra
“Sur çalınan
gün gələrsiz dəstə-dəstə. Qapı-qapı açılar göy” (Nəbə,
18-19) Deyilənə görə, açıq qapısı olmayan göy qiyamət
günü açılacaq. Bu ayənin kosmik izahını necə verə bilərik? “Göy
qapıları”nın nə olduğu məsələsində təfsirləri incələyəndə bir
çox təfsirçinin açıq və yaxın mənalardan çox uzaq mənalar verdiyini
görürük. Peyğəmbərimizə aid edilən “məcərra” ifadəsi ilə səma
qapısının nəzərdə tutulduğu aydın olur. Təbəraninin əsərində olan
bir söz isə belədir: “Göydə olan məcərra ərşin altındakı ilanın
təridir”. Peyğəmbərimiz o gün çox çətin anlaşılacaq mənaları təşbih
və məcazlar yolu ilə ifadə edib. Qara çüxurlar üçün işlənən “ilan”
sözü də beləcə. İki kosmosu bir-birinə bir tunel şəklində bağlama
xüsusiyyətinə görə qara çüxurlar üçün elm dünyasında "Worm
hole", yəni soğulcan dəliyi təbiri işlənir. İlan öz bədəninə
görə iri şeyləri udur və udulan şey dar və uzun tuneldən keçir.
Bu hədislə qara çüxurların şəhadət aləmini ərşə bağlayan tunel
kimi olduğu xəbər verilir.
Geometrik cazibə müvazinətinin
pozulmasıyla ümumi nisbilik nəzəriyyəsinin də isbat etdiyi kimi,
kosmos-zaman düzlüyü Qurana aid ifadə ilə desək, bükülə bilər.
Ulduzlar isə yerindən düşər. Çünki göy cisimləri cazibə ipləri
ilə həssas bir şəkildə bir-birinə bağlanıb. Qara çüxurların müdhiş
cazibəsi bu müvazinəti alt-üst edə biləcək qüvvədir.
Qara çüxurlar üzrə dünyada
çox tanınan mütəxəssislərdən olan Stephen Hawking “Zamanın qısa
tarixi” adlı əsərində kainatda görünən ulduzlardan çox görünməyənlərin
– qara çüxurların olduğunu deyir. Xatırlayaq ki, təkcə bizim qalaktikada
200 mlyard görünən ulduz var. Elm adamları “Əcəba, qiyamətə bir
addımlıq məsafəmi qaldı?” deyirlər.
Qara çüxurların o üzündə
nə var? sualına “Heç bir şey” şəklində cavab heç kəsi təmin etmir.
Hələlik isbat olunmayan fərziyyə isə ağ çüxurların (White Holes)
olmasıdır. Onu da deyirlər ki, qara çüxur bir başqa çüxurla qum
saatı kimi birləşib. O tərəfdəki isə ağ çüxurdur. Ağ çüxurlar
qara çüxurlardan fərqli olaraq, udmur. Əksinə, onlara çatan hər
şeyi bayıra püskürüb çıxarırlar. Qara çüxurun əksinə, burada cazibə
yox, itələmə var. Buradakı cazibəyə qravitasiya deyirdik, oradakı
itələmə – levitasiyadır.
Ağ çüxurlar əslində Biq-Banq
kimi yenidən doğuşu təmsil etməkdədir. Ənbiya surəsindəki ayədə
aləmin toplanıb büküldükdən sonra təkrar ilk halına dönəcəyi bildirilir:
“Kağızı qat-qat eləyib kitaba döndərən tək qatlara bükərik o gün
səmanı, eləcə də heçdən yaratdığımız ilk xilqəti verdiyimiz və'də
görə Biz təkrarən yaradarıq. Və'dimizə, şübhəsiz, əməl edərik»
(Ənbiya surəsi, 104).
|