Rəhman
və Rəhim Allahın adıyla
1. And olsun bürclər
yiyəsi göyə,
2. and olsun və'd verilən
günə,
3. and olsun görən günə,
görülən günə...
4. Ölüm olsun o çala
qazanlara,
5. bu çalada od qalayanlara,
6. bu odun ətrafında
oturanlara,
7. mö`minlərə verdikləri
işkəncələrə tamaşa edənlərə [imanından döndərmək üçün mö'minləri
oda atıb yandıran kafirlər nəzərdə tutulur].
8. Mö'minlərə qəzəbləri
ona görə tutmuş ki, iman gətirmiş onlar güclü, öyülməli Allaha.
9. Göylərin yerin yiyəsidir
O. Hər şeyə şahiddir Allah.
10. O kəslər ki, iman
gətirən kişilərlə qadınları işgəncəyə uğradaraq döndərmək istərlər
imanlarından və sonra tövbə nədir bilməzlər, cəhənnəm əzabı, odda
yanmaq əzabı gözləyir onları.
11. İçindən çaylar axan
cənnətlər gözləyir iman gətirənləri, əməli salehləri. Budur o
böyük qurtuluş!
12. Şübhəsiz, şiddətlidir
Rəbbinin cəzası.
13. Bir dəfə yaradan
və bir də yaradan Odur.
14. Günahlardan keçəndir,
mehribandır.
15. Ərş yiyəsidir, şöhrətlidir.
16. Dilədiyini eləyəndir.
17. Sənə gəlib çatmışmı
əsgərlərin əhvalatı?
18. Fir'onun və Səmud
qövmünün əsgərlərinin.
19. O kafirlər danmışdılar
peyğəmbərləri.
20. Onları arxasından
mühasirəyə almış Allah.
21. Sənə vəhy verilən
bu Kitab Qur'ani Məciddir,
22. Lövhi Məhfuzda yazılmış.
|