Rəhman
və Rəhim Allahın adıyla
1. Kitab əhlindən və
müşriklərdən olan kafirlər küfrdən əl çəkən deyildilər nə qədər
ki, onlara aşkar dəlil gəlməmişdi,
2. pak Kitabı onlara
oxuyan Allahın Elçisi gəlməmişdi.
3. Doğru-düzgün hökmlər
var həmin Kitabda.
4. Aşkar dəlil gələndən
sonra yalnız ayrı-ayrı ayrımlara ayrılmış kitab verilən kimsələr.
5. Onlara buyurulmuşdu
ki, təkcə Allaha ibadət edələr, təkcə Ona könül verələr, namaz
qılalar, zəkat verələr. Doğru olan din budur.
6. Cəhənnəm içindədir
Kitab əhlindən və müşriklərdən olub kafirlik eləmiş kimsələr.
Və orada əbədilik qalarlar. Yaranmışın ən pisidir belələri.
7. Yaranmışın ən yaxşısıdır
iman gətirən, saleh işlər görən kəslər.
8. Rəblərinin dərgahından
mükafat olaraq içindən çaylar axan Adn cənnətləri gözləyir onları.
Oralarda əbədilik qalarlar. Allah onlardan, onlar da Onun verdiyindən
razı qalarlar orada. Bu cənnətlər Rəblərindən çəkinən kimsələrdən
ötrüdür.
|