Rəhman
və Rəhim Allahın adıyla
1. And olsun bu şəhərə
[Məkkəyə],
2. sənə halal şəhərə,
3. and olsun ataya [Həzrət
Adəmə] və ondan törəmələrə,
4. müsibətə, əzaba uğrayacaq
olaraq xəlq elədik insanı.
5. Eləmi düşünür, kimsə
güc yetirməz ona?
6. «Yığın-yığın mal-dövlət
xərcləmişəm» deyər.
7. Eləmi düşünür, kimsə
görməmiş onu?
8. Biz var eləmədikmi
onun iki gözünü,
9. bir dilini, iki dodağını?
10. O iki zirvəyə gedən
yolları ona göstərmədikmi?
11. O çətin keçiddən
keçə bilmədi insan.
12. Nə biləsən o çətin
keçid nədir?
13. Bir köləni açıb buraxmaqdır,
14. aclıq gələn gün doyurmaqdır
15. qohum olan bir yetimi,
16. yaxud torpağa yıxılı
bir yoxsulu.
17. Sonra iman gətirərək
səbr eləməyi, mərhəmət göstərməyi bir-birinə tövsiyə qılanların
cərgəsində olmaqdır.
18. Əməl dəftəri sağ
yöndən verilən kimsələrdir onlar.
19. Əməl dəftəri sol
yöndən verilən kimsələrsə ayələrimizi dananlardır.
20. Bir od qübbəsi qurular
üstlərində onların!
|