|
«AZADLIQ» RADİOSUNDA GÖRÜŞ
|
ABŞ-da
səfərdə olan Din və Demokratiya Mərkəzinin sədri Nəriman Qasımoğlu
«Azadlıq» radiosunun Azərbaycandakı siyasi durumla bağlı keçirdiyi
tədbirdə iştirak edib. Görüşdə çıxış edən İrina Lesota və N.Qasımoğlu
ölkədəki siyasi situasiya ilə bağlı fikirlərini açıqlayıb, sualları
cavablandırıblar. DDM sədri Qərb, o cümlədən ABŞ-ın Azərbaycanda
böyük simpatiya kapitalına malik olduğunu vurğulayıb. N.Qasımoğluya
görə, bu krediti qorumaq üçün Qərb istər Azərbaycanda, istərsə
də postsovet müsəlman ölkələrdə mülki cəmiyyət quruculuğuna diqqəti
artırmalıdır.
N.Qasımoğluya görə,
dövlətin nüfuzunun zəif olması, dövlət institutlarına və siyasi
rəhbərliyə inamın aşağı olması fundamentalist qrupların müəyyən
əlavə təsadüfi hadisələr şəraitində öz bazalarını genişləndirmək
üçün istifadə etdiyi zəif nöqtələrdir. Korrupsiya, rüşvətxorluq,
sosial gərginlik, yəni əhalinin aşağı və orta təbəqələrinin
iqtisadi və sosial inamsızlıq hiss etməsi fundamentalist əhval-ruhiyyə
üçün müsaid şərait yaradır. «Belə şəraitdə fundamentalizm xilaskar
ideologiya kimi çıxış edir. O, yaxşı həyat perspektivi vəd edir,
şirnikdirici vədlər verir. Çıxış yolu isə demokratikləşmənin,
mülki cəmiyyət quruculuğunun sürətləndirilməsindədir. Azərbaycanda
demokratiya boğularsa, siyasi islam əl-qol açacaq» deyə N.Qasımoğlu
bildirib.
|
|
|
Sayt
Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılıb.
|
OXUMALI |
"Mədəniyyətlər
arasında qlobal müharibə haqda proqnozlar bir tikə çörəyini
itirməkdən qorxub yeni düşmən obrazı axtaran peşəkar ekspertlərin
işidir" >>>
"Sevgidə günəş kimi ol, dostluq və qardaşlıqda axar
su kimi ol, hər nə olursan ol, ya olduğun kimi görün, ya göründüyün
kimi ol!" >>>
|
|
|
|