|
Vasif
SADIQLI |
«Allah idraka sığmaz.
Çünki idrak, təsəvvür özü yaradılıb. Hadisdir. Cəlaləddin Rumi
bu xüsusda yazır: «Uca Allah bu təsəvvürər aləminə hətta heç bir
aləmə sığmaz. Əgər təsəvvürlər aləminə sığmış olsaydı, təsəvvür
edənin onu qavramış olması lazım gələrdi və bu baxımdan O, təsəvvürlərin
yaradıcısı olmazdı. Beləcə Onun bütün aləmlərin ötəsində, üstündə
olduğu anlaşılmış olur». (Cəlaləddin Rumi «Fihi
ma fih», 23-cü fəsil)
Din yaradan bir qüdrətin varlığına inam, onun güc, qüvvət və müqəddəsliyinin
etirafı deməkdir. Bu inanc fövqəlkeyfiyyətlər daşıyıcısının qarşısında
bir kapitulyasiya aktı, tam çarəsizlik və acizliyin iqrarı, heyranlığın
ifadəsi kimi təzahür edir. Tarixin ilk çağlarında adamlar nəyə
gəldi – daşa, torpağa, suya, bitkiyə, heyvana, bütə ... tapınıblar.
Özlərinə «allahlar» təyin edib, onlara müxtəlif keyfiyyətlər «pripiska
edib», sonra da özlərini o «allah»ların həmin keyfiyyətlərindən
asılı vəziyyətə salıblar. Insan gücə tabe olmağa daha çox meylli
olduğundan, onların yapma «allahları» da həmişə birinci növbədə
«güc sahibi» olub.
Mifologiya
|
Afrika
animistləri |
Allahın
qüdrəiti o qədər böyükdür ki, insan ağlı bu qədər qüdrəti heç
nağılvari təfəkkürdə belə yerbəyer edə bilməyib, bu qədər işi
tək birinə həvalə etməyi xəyalda belə imkansız sayıb, onu bir
neçəsinin arasında bölüb. Biri guya yerin altını, o biri üstünü,
digəri göyü, o biri dənizi, bir başqası küləyi «idarə edib». Skandinaviya
mifologiyasında «allahlar» həm də növlərə bölünüblər. Adi «allahlar»
və bərkgedənlər. Bərkgedənlər «as» adlanırdı. Bu gün bir çox dillərdə
işlənən «as» sözü buradan götürülüb. Odin, Tor, Baldr, Heymdall
belələrindən idi. Yunan «allahları» da onun kimi. İnsan taleyi
onlar üçün bir əyləncədir. Onlar meşşan həyatı keçirir, Olimpdə
ambroziyadan yeyir, «Hebanın qızıl qədəhlərdə verdiyi nektardan»
(Homer) içir, ədalətsiz olmaqdan ar eləmirlər. Troya çarı Paris
dostu Menelayın evində qonaq olarkən onun xəzinəsini oğurlamış,
arvadı Yelenanı isə götürüb qaçıbmış. Allahlardan yalnız ikisi
Menelayı müdafiə edir: «Allahlardan Menelaya yalnız iki havadar
var: Biri Hera, biri isə Afinadır...» (Homer).
Qalanların çoxu namussuz və çörəkbasan Parisi müdafiə edir və
bu əməldən qətiyyən xəcalət çəkmirlər.
|
Qədim
bütlər (Havay adaları) |
Bir çox
xalqlar «allahlarına» incəsənət sahəsində də qeyri-adi keyfiyyətlər
müncər ediblər. Məsələn, yunan mifologiyas;nda Frakiya müğənnisi,
muza Kalliopun oğlu Orfey oxuyanda guya vəhşi heyvanlar vəcdə
gələr, bayılar (heyvanlarda sənətsevərliyə baxın – lap indiki
psevdomüğənnilər və onların heyranları kimi!), axar sular dayanıb
maddım-maddım dinşəyər, meşələr qarabaqara Orfeyin ardınca gedərmiş.
Antik yunan filosofu, antropomorfizmin və mifologiyanın ilk tənqidçilərindən
biri, Eleya məktəbinin banisi Kolofonlu Ksenofanın (e.ə. 6-5-ci
əsrlər) fikrincə, xalq, tayfa, etnos necədirsə, «allahları» da
elə olur: «Həbəşlər öz «allahlarını» fındıqburun və qara, frakiyalılar
mavigözlü və sarıyanız görür». Ksenofan daha sonra yazırdı: «Əgər
öküz, at və şirin əli olsaydı və onlar şəkil çəkə bilsəydilər,
öz «allah»larını öküz, at və şir şəklində çəkərdilər».
Sapqınlıqlar
|
Ahuraməzdanın
şəkli
olan
qədim sikkə |
Uca Tanrı
sapqınlıqlar içində qalan xalqların hamısına elçilər göndərib,
özü haqqında məlumatlar verib. «Hər bir millətin bir peyğəmbəri
vardır» (Rad, 7); «Öz qövmünün dilində göndərdik
hər peyğəmbəri, aydınlatsın ayələri soydaşlarına» (İbrahim,
4). Amma göndərilən Kitablar belə zaman keçdikcə insan
müdaxiləsinə məruz qalıb. Zərdüştilikdə «Hüdudsuz Zamanın» - Ervanın
iki oğlu olduğu deyilir: xeyirpərəst Ahuraməzda və şərçi Əhrimən.
Onlar «qardaşcasına» idarə edirlər dünyanı: üç min il Ahuraməzda
hökm sürəndən sonra bir o qədər äÿ Əhrimən epoxası gəlir. Yəhudilərdə
də Allaha (Yəhvaya) aid edilən xüsusiyyətlər içində sonradan antropomorfik
cizgilər meydana çıxıb. Yəhva «yorulub dincəlir» (Təkvin,
1-2), «cənnətdə gəzinir» (Təkvin, 3-8),
«peşman olur» (Çıxış, 32: 14), «qısqanır» (Çıxış,
20: 6). Üstəlik, Yəhvanın oğlu olduğunu iddia edirlər:
«Üzeyir Allahın oğludur» - dedi yəhudilər» (Tövbə 30).
|
Hind
"allahı"
|
Allahın xristianlıqda
da bəşəriləşdirildiyi göz qabağındadır. İsa peyğəmbərin «Rəbb»,
«Allahın oğlu»
adlandırılması bu yanaşmanın nəticəsidir. Hinduizmdə isə Allah
kimi nəzərdə tutulan varlıq müxtəlif metamorfozalara məruz qala
bilir. Vişnu lazım biləndə avatara edir – adam və ya heyvan cildinə
girib kiməsə yardım edir, kimisə cəzalandırır.
Ucalardan
ucasan...
Əski türklərdə
ibtidai inanclar və şamanizmlə yanaşı Göy Tanrı inancı da olub.
Bu inanca görə, Tanrı yaradıcı, mütləq qüdrət, müqəddəratı təyin
edən, cəzalandırandır. Ölüm onun iradəsinə bağlıdır. O, əzəli
və əbədidir. «Kitabi-Dədə Qorqud» dastanlarında təsvir olunan,
islamı qəbul etmiş oğuzların Allah haqqında qənaətləri çox mükəmməldir.
Bu, bəlkə də, tanrıçılıq islama yaxın olduğu üçündür. Dastanın
qəhrəmanlarından biri olan Yeynəyin söylədikləri türkcəmizə çevrilmiş
Quran ayələrindən başqa bir şey deyil:
«Ucalardan
ucasan,
Kimsə bilməz necəsən, əziz Tanrı.
Anadan doğmadın Sən, atadan olmadın,
Kimsə rizqin yemədin,
Kimsəyə güc etmədin,
Qamu yerdə Əhədsən,
Allahü Səmədsən!»
Allahın məkan və zaman xaricində olduğunu «Dədə Qorqud» dastanlarının
ən cahil dəlisi Dəli Domrul da bilib. Ömründə Əzrayılın adını
belə eşitməyən, onu öldürəcəyinə söz verən bu dəli, Əzrayıl canını
almaq üçün sinəsi üstünə çökəndə Allahın vəsflərini «su kimi içir»,
əbədi olduğunu söyləyir, Onu məkana sığdırmaq istəyənləri cahil
adlandırır:
«Neçə
cahillər Səni göydə arar, yerdə istər,
Sən möminlər könlündəsən,
Daim duran Cəbbar Tanrı,
Baqi qalan Səttar Tanrı».
(«Duxa Qoca oğlu Dəli Domrulun boyu»)
Düşüncənin
gözünə işıq gətirən Tanrı
Dilimizdə
olan «Allah» sözünün ərəbcə «əl-ilah»dan yarandığı güman edilir.
Tədqiqatçılar bu sözün otuza qədər izah variantını irəli sürürlər.
Daha çox qəbul edilən varianta görə, «ilah» «ələhə-yəluhu» sözündəndir
və «qulluq edilən» anlamı verir. Bu adın Ondan başqasına verilmədiyini
demək olar. Quranda bu barədə söz açılır: «Necə bilirsən, varmı
Onun adaşı?» (Məryəm, 65). Qədim ərəblər islamdan
öncə də bütlərin üzərində Uca Tanrının olduğunu təsdiq edirdilər.
Qurani-Kərim onların «Allah», «Əziz», «Alim» - deyə adlandırdığı
qüdrətin bütün kainatı yaratdığına, Günəş və Ayın hərəkətini nizama
qoyduğuna inandığıíû deyir: «Göyləri, yeri yaradan, Günəşi, Ayı
buyruğu altına alan kimdir? – soruşsan, «Allahdır» - deyəcəklər»
(Ankəbut, 61). Və ya: «Neçə-neçə peyğəmbərlər
göndərmişdik əvvəlki nəsillərə. Məsxərəyə qoymuşdular hər gələn
peyğəmbəri. Və Biz də məhv eləmişdik onların içində ən qüvvətli
olanları. Öncəki ayələrdə bildirilmiş aqibəti belələrinin. Onlardan
«Göyləri, yeri kim yaratmış?» -soruşsan, «Güclü olan, hər şeyi
bilən yaratmış göyləri, yeri» - deyərlər» (Zuxruf, 6-9).
İslamdan öncə bu tayfaların, eyni zamanda, Allahın adına and içdikləri
də xəbər verilir: «Var gücüylə Allaha and içərlər ki, əgər bir
möcüzə gəlsə onlara, mütləq inanarlar ona» (Ənam, 109).
Və ya: «Var güclərilə Allaha and içdilər: «Ölən bir kimsəni dirildən
deyil Allah» (Nəhl, 38). İslamdan öncəki ərəblərin
həyatlarının sıxıntılı vaxtlarında da Allaha sığındıqlarını əks
etdirən ayələr var: «De ki, düşündünüzmü halınız necə olacaq uğrasanız
Allahın verdiyi əzaba? Allahdan savayı kimə dua edib yalvaracaqsınız?...
Təkcə O-na yalvararsınız» (Ənam, 40-41). Paralel
olaraq, o vaxt bütlərə də tapınır və hesab edirdilər ki, bütlər
onları Allaha yaxınlaşdıracaq, Onun dərgahında şəfaətçilik edəcək:
«Xalis din məhz Allahın dinidir. Onu qoyub ayrılarını özlərinə
dost tutan, «Bizləri Allaha yaxınlaşdırsınlar deyə bunlara ibadət
eləyirik» - deyənlər bilsinlər ki, mübahisə elədikləri şeylərin
barəsində onlara Öz hökmünü, şübhəsiz, verər Allah. Yalançını,
kafiri doğru yola çəkməz Allah» (Zumər, 3).
Allah Onun haqqında bilgi
əldə etmək istəyənləri cavabsız qoymur. Amma bu informasiya həmin
kütlənin səviyyəsinə görədir. Məsələn, Quranın 112-ci - İxlas
surəsinin Məhəmməd peyğəmbərə müraciətlə: “Biz Allahı kimlə müqayisə
edək?” – deyə soruşan bədəvilərin sualına cavab olaraq nazil olduğu
deyilir. Allah bədəvilərin Onun haqqında bunları bilməsini istəyib
: “De ki, O, Allahdır, təkdir. Allah bütün ehtiyaclardan ucadadır,
əbədidir. Heç kimin valideyni və ya övladı deyil. Heç bir tayı-bərabəri
və ya bənzəri də yoxdur». Qurani-Kərimdən əldə edilən digər məlumatlar
belədir. Heç bir varlıq Ona bənzəməz, O da heç bir varlığa. “O,
göylərin və yerin yaradıcısıdır. O, Səmi (eşidən) və Bəsir (görən)dir»
(Şura, 11). Yer, göylər, cəhətlər onu əhatə edə
bilməz. O, ìəkanın xaricindədir. Məkana sığmaz. «Heç bir göz onu
əhatə və idrak edə bilməz» (Ənam, 103). Quranda
Musa peyğəmbərə xitabən deyilir: «Heç zaman məni görə bilməzsən»
(Əraf, 143). Allah cəhətlərdən, şəkil və miqdardan
münəzzəh olduğuna görə, Onun yalnız axirətdə görülməsi mümkün
sayılır. Bir qisim təfsirçilər aşağıdakı ayəni məhz belə açıqlayırlar:
«Neçə üzlər var ki, o gün gözəlliyi ilə parıldar, Rəblərinə baxarlar»
(Qıyəmə, 22-23). Quranda Allah haqqında üz (vəch), əl
(yəd), göz (ayn) kimi zahiri əlamətlər bildirən sözlər işlənilib.
Məidə surəsində əlin miqdarı haqda da deyilir: «İki əli də açıqdır
Allahın» (Məidə, 54). Şübhəsiz, bu sözləri müstəqim
mənada anlamaq olmaz.
Allah bəndələrinin səviyyəsini
(səviyyəsizliyini) hər zaman nəzərə alır. Hər kəs Ona bacardığı
şəkildə, parıltısız və bəlağətsiz yalvara, dua edə bilər. Uca
Tanrı üçün əsas «təkcə təqva duyğusudur, ürək təmizliyidir»
(Həcc, 37). Cəlaləddin Ruminin «Məsnəvi»sində oxuyuruq:
«Musa əleyhəssalam bir gün yolda bir çobana rast gəlir. Çoban
Allaha bu cür yalvarırmış: «Ya Allah, hardasan, bir yerə en. Çarığını
tikim. Saçını darayım. Paltarını yuyum, sənə süd ikram eləyim.
Əlini öpüm, ayağını ovxalayım. Yer salım, yorğunluğunu al, dincəl...»
Musa peyğəmbərin çobana acığı tutur. Sonra Musa peyğəmbərə vəhy
gəlir. «Sən onu niyə acıladın? Biz dilə, sözə baxmarıq, qəlbə,
hala baxarıq. Sənin üçün nöqsan sayıla biləcək bir söz onun üçün
ləyaqət nümunəsi sayılır. O, Allahı öz düşüncəsi çərçivəsində,
amma səmimiyyətlə yad edir».
Allah Özünə alternativ
tutulanlara da öz imkanlarını realizə etməsi – lap koalisiya yaratması
üçün şans verir. «Allahdan başqa adına tapındıqlarınız bir yerə
cəm ola... ». Eyni zamanda, onların məğlubiyyətə məhkum olduqlarını
bəri başdan bildirir: «... bir milçək də yaratmağa çatmaz gücləri.
Və əgər onlardan bir şeyi qapıb apara milçək, onu geri qaytarmağa
yenə çatmaz gücləri» (Hacc, 73).
(1) Misra Nizami Gəncəvinindir
|