Rəhman
və Rəhim Allahın adıyla
1. Yaradanın, Rəbbinin
adıyla başla qiraətini.
2. İnsanı qan laxtasından
yaradanın adıyla!
3. Oxu, Rəbbindir ən
böyük kərəm yiyəsi.
4. Yazmağı öyrətmiş,
5. bilmədiyi nə vardısa
insana öyrətmiş O.
6. Amma azğınlığa başlayar
insan
7. özünü varlı sanan
zaman.
8. Şübhəsiz, sənin [insana
müraciətlə] Rəbbinin dərgahına axır dönəcək hamı.
9. Gördünmü o kimsə necə
mane olmaq istəyirdi
10. bir bəndənin [Peyğəmbərin]
namazına?
11. Bircə dəfə gördünmü
heç doğru yolda ola,
12. ya Allahdan qorxmağı
özgələrə buyura?
13. Gördünmü haqqı necə
dandı, haqdan necə döndü?
14. Mögər bilməzmidi
hər şeyi görür Allah?
15. Küfründən əl çəkməsə
od içinə dartarıq onu tutaraq kəkilindən,
16. yalançı, günahkar
kəkilindən.
17. Qoy çağırsın yardımına
söhbətdaşlarını.
18. Biz də çağırarıq
cəhənnəm mə'murlarını.
19. Ona baş qoşmayasan,
namazından ayrılmayasan. Sən səcdədə ol, yaxınlaş Allaha.
|