Rəhman
və Rəhim Allahın adıyla
1. And olsun fınxıra-fınxıra
yüyürüşən atlara,
2. and olsun nallarından
qığılcım qopan atlara,
3. and olsun səhər-səhər
hücum çəkən atlara,
4. and olsun o zaman
toz qoparan atlara,
5. and olsun düşmən dəstələrini
yarıb keçən atlara,
6. nankordur Rəbbinə
insan.
7. Özü öz nankorluğuna,
şübhəsiz, şahiddir.
8. Sərvət düşgünüdür.
9. Məgər bilməzmi, bir
gün qəbirlərdən qalxacaq hamı,
10. ürəklərdə nə varsa
çıxacaq üzə?
11. O gün artıq bilmiş
olar Rəbləri onların hər işini.
|