Rəhman
və Rəhim Allahın adıyla
1. Tökdü qaş-qabağını,
çevirdi üzünü Peyğəmbər
2. bir kor kimsə gələn
zaman yanına.
3. Nə bilirsən, bəlkə
söhbətini eşidərək paklanacaqdı.
4. Yaxud bir öyüd alacaqdı,
gərəyinə gələcəkdi bu öyüd.
5. Amma kim ki, varlıdır,
6. sən yalnız ona diqqət
yetirirsən.
7. Bir halda ki, paklığa
çağırmaqdır sənin işin sadəcə.
8. Amma yanına gələn
zaman
9. Allahdan qorxan bir
kəs,
10. ondan üz döndərirsən.
11. Belə davranmayasan.
Allahın ayələri bir öyüddür, hamıdan ötrüdür.
12. Hər istəyən kimsəyə
bu Qur'andan pay düşər.
13. Bu Qur'an müqəddəs
vərəqlər üstündədir Allahın dərgahında.
14. Ucalmış, paklanmış
bu vərəqlər.
15. Elçilərin [mələklərin]
əlilə qələmə alınmış bu yazı.
16. Möhtərəm yaxşılardan
olan elçilərin.
17. Ölüm olsun insana,
onu kafirliyə nədir vadar eləyən?
18. Nədən yaratmış onu
Allah?
19. Nutfədən yaratmış,
sonra tədricən düzəltmiş onu.
20. Və sonra ömür yolunu
asan eləmiş.
21. Axır öldürər, salar
qəbrə onu.
22. Sonra istəsə dirildər
onu.
23. Allahın əmrini gerçəkdən
yerinə yetirməmiş o.
24. Bir nəzər sala insan
öz yeməyinə.
25. Bolluca yağış tökdük,
26. bitkilərlə dəlik-dəlik
elədik yer üzünü.
27. Bitirdik orada dənli
bitkiləri,
28. üzümlükləri, yoncalıqları,
29. zeytun, xurma bağlarını,
30. sıx ağaclı bağ-bağatı,
31. növbənöv meyvələri,
otları.
32. Sizin dolanmağınız
üçündür, mal-qaranız üçündür bunların hamısı.
33. Qiyamətin gurultusu
qopdumu,
34. o gün hər kəs qoyub
qaçar qardaşını,
35. anasını, atasını,
36. arvadını, oğul-uşağını,
37. hamı öz hayında olar.
38. O gün bə'zi üzlərdən
nur yağar,
39. təbəssüm yağar, sevinc
yağar.
40. O gün bə'zi üzlər
toza bürünər,
41. qaranlığa, qaraltıya
bürünər.
42. Bax bunlardır o əxlaqsız
kafirlər!
|